Korporativ işlər üzrə Hüquqşünas – “FINCA Azerbaijan” – Vakansiya

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Korporativ işlər üzrə Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təşkilatdaxili korporativ sənədləşmə işlərinin aparılması- müqavilələrin o cümlədən beynəlxalq kredit müqavilələrinin, istiqrazların emissiyası ilə bağlı sənədələrin, ərizələrin, məktubların, Nizamnamə və ona əlavələrin, Təşkilatın struktur bölmələrinin və Filiallarının əsasnamələrinin qeydiyyata alınması üzrə korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Təşkilatın tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Departamentin digər hüquqşünaslarının fəaliyyətinin kordinasiya edilməsi və hüquqi dəstək fəaliyyətinin təşkil edilməsini təmini etmək.

 

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Təhsil: Ali/Bakalavr – Hüquq üzrə
  • İş Təcrübəsi: Hüquqşunas olaraq minimum 1 il iş təcrübəsi
  • Mülki, xüsusi ilə Bank sahəsi üzrə qanunvericilik bilikləri

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,

İngilis və/və ya Rus dilləri üzrə orta danışıq və yazı qabiliyyəti

  • MS Office proqramları üzrə biliklər

Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (yüksək səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq, daxili müştərilər ilə danışıqların aparılması təcrübəsi
  • Analitik Düşüncə bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  10 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.