Akademik Esse Layihəsinə qoşulun – Hüquq redaktoru kimi müraciət edin!

Haqqımızda:

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Missiyamız hüquqşünaslarda akademik hüquqi yazı qabiliyyətini formalaşdırmaq yolu ilə hüquq elminin və təcrübəsinin inkişafına töhfə vermək və hüquqşünasların və hüquq tələbələrinin özünü inkişafına dəstək göstərməkdir.

2020-ci ilin may ayından etibarən bloqumuz qlobal hüquq bloqları şəbəkəsi olan LexBlog-un üzvüdür. 2004-cü ildə qurulan LexBlog bu gün şəbəkəsində 25.000-dən çox bloggerə malikdir. LAWELS’də ingilis dilində yerləşdirilmiş bütün məqalələr avtomatik olaraq LexBlog Platformasında dərc olunur. Məqalələrinizi bloqumuzda dərc etməklə daha geniş və qlobal auditoriyaya çatmaq imkanı əldə edirsiniz.

Fəaliyyətlərimiz haqqında ətraflı məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz.

İş nə ilə bağlıdır?

Akademik Esse Layihəsinin (AEL) əsas məqsədi hüquqi mövzularda keyfiyyətli akademik yazıların sayını artırmaq, gənc hüquqşünasları akademik yazı işlərində iştirak etməyə həvəsləndirmək və hüquq elminə dair onlayn məlumat bazasının əsasını qoymaqdır. Hüquq redaktorları və yazarları dünyanın müxtəlif yerlərindən oxunması və öyrənilməsi üçün hər ay veb saytımızda dərc edəcəyimiz yüksək səviyyəli məqalələr/esselər vasitəsilə biliklərini bölüşəcəklər.

Öhdəlikləriniz:

  • Yoxlama: Hüquq redaktorları bir neçə məqalə oxumalı və yazarların edə biləcəyi qrammatik və texniki səhvləri düzəldə bilməlidirlər. Onlar “Məqalələr üçün ümumi tələb və təlimatlar”, həmçinin istinad qaydalarını öyrənməli və bu təlimatları məqalələrə tətbiq edə bilməlidirlər.
  • Tədqiqat və ünsiyyət: Hüquq redaktorları və yazarlar hüquqi sahəyə uyğun olaraq komandalara bölünür. Hüquq redaktorları yazarlara yazı prosesində rəhbərlik etməli, səhvləri barədə rəy bildirməli və müvafiq düzəlişlər etmək üçün onlara təlimatlar verməlidirlər. Hüquqi redaktorlar məqalənin məzmunu ilə bağlı suallara cavab vermək üçün yazı prosesi zamanı yazarlar üçün əlçatan olmalıdırlar.
  • Hesabat: Hüquq redaktorları məqalələrin yazılması prosesi və yarana biləcək çətinliklər barədə həftəlik olaraq LAWELS rəhbərliyinə hesabat verməlidirlər. Hesabatlar yazarlarla ünsiyyət, onların məqalələrinə konstruktiv tənqid və təkmilləşmə sahələrini göstərmək kimi mövzuları əhatə etməlidir.

Hüquq redaktoru 2 ilə 5 yazar arasında təyin edilir ki, bu da ayda ən çox redaktə edilməli, yoxlanılmalı və dərc edilməli 5 məqaləyə bərabərdir.

Tələblər və bacarıqlar:

  • Hüquq və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi (və ya daha yüksək).
  • Hüquq sahəsi üzrə əldə edilmiş yazı/redaktə sahəsində minimum bir illik təcrübə.
  • Plagiarizm və istinad etmə ilə bağlı qaydaları bilmək.
  • Yüksək orfoqrafik və qrammatik yazı və redaktə bacarığı.
  • Maraqlı və öyrənmək istəyən insanlara yüksək keyfiyyətli məzmun təqdim etmək üçün LAWELS-in məqsədlərinə və missiyasına sadiq olmaq.
  • Mədəni, cinsi, dini, etnik, milli və yaş fərqliliklərinə diqqətlə və həssas yanaşmaq.
  • Müstəqil işləməyi bacarmaq, vaxt təlimatlarına və cədvəllərə uyğun fəaliyyət göstərmək.

Nə təklif edirik:

  • LAWELS’da 6 aylıq fəaliyyət tamamlandıqda onlayn sertifikat.
  • Layihələr və məqalə sayı üzrə müəyyən edilmiş rahat və uyğunlaşdırıla bilinən cədvəl. Aylıq iş yükü təxminən 10-12 saatdır.
  • Dəyərli və təcrübəli hüquqşünaslarımız və professorlarımızdan təlim sessiyaları. Avropa universitetlərinin akademik və professorları tərəfindən mentorluq proqramları da təşkil edilə bilər.
  • Könüllülük əsasında çalışan təşkilatımızın bir hissəsi olmaq və gənc hüquqşünasların akademik yazı sahəsində iştirak etməyə təşviq edilməsi kimi ortaq məqsədlərə töhfə vermək.

Necə müraciət etməli:

Əgər siz LAWELS’in yeni HÜQUQ REDAKTORU olduğunuza və uyğun təcrübə və bacarıqlarınızın olduğuna inanırsınızsa, ərizənizi aşağıdakı müraciət vasitələrilə qəbul etməkdən çox məmnun olarıq:

  • Bu link vasitəsilə qeydiyyatdan keçin: https://forms.gle/nP9f2sCBLzt7TSTx5 
  • CV-nizi qısa motivasiya məktubu (500 sözədək) ilə birlikdə [email protected] ünvanına göndərin.

Kvalifikasiyanızın sübutu kimi ərizənizi diqqətlə nəzərdən keçirdikdən sonra əlavə sənədlər tələb oluna bilər. Müsahibələr növbəli şəkildə aparılacaq.

Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Elektron ünvan: [email protected]