Ödənişsiz hüquqi yardım aksiyası – Vəkillər Kollegiyası
25 oktyabr Avropa Vəkillər Günü (Avropa Ədalət Günü) münasibətilə, hər il Vəkillər Kollegiyası müxtəlif aksiyalar həyata keçirir.
Bu il Avropada həmin gün ilə bağlı olaraq “Müharibə zamanı hüququn aliliyinin təmin edilməsi – vəkillərin rolu” mövzusu əsas istiqamət kimi müəyyən olunub.
Beynəlxalq sahədəki uğurların davamı olaraq, bu il də Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) və Avropa Vəkillər Assosiasiyasına (AEA EAL) üzv qəbul olunan Vəkillər Kollegiyası tərəfindən bu əlamətdar gündə öz avropalı həmkarları ilə həmrəyliy çərçivəsində Respublika üzrə ödənişsiz hüquqi yardım aksiyaları təşkil edəcəkdir.
Aksiya ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən həyata keçiriləcəkdir. Ödənişsiz hüquqi yardım almaq istəyən şəhid ailə üzvləri, qazilər, hüquqi yardıma ehtiyyacı olan aztəminatlı şəxslər 25 oktyabr 2022-ci il tarixdə saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edə bilərlər.
Əlavə olaraq, aşağıda qeyd olunan ünvanlarda da ödənişsiz hüquqi yardım aksiyasiyaları təşkil ediləcəkdir:
1. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qobu Park Yaşayış Komplekslərində müvvəqqəti məskunlaşan məcburi köçkünlər üçün;
2. Bakı şəhəri Xəzər rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa 24 ünvanında yerləşən Sosial Xidmət Müəssisəsində Ahıl şəxslər üçün;
3. Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza ç’kən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün.
Aksiyalarda iştirak etmək arzusunda olan vəkillər bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).