Hüquq departamentinin aparıcı mütəxəssisi – Vakansiya

Şirkət: LEGALİZE MMC

Vəzifə: Hüquq departamentinin aparıcı mütəxəssisi

Müraciət üçün son tarix: 10 dekabr 2022-ci il

Vəzifə öhdəlikləri:

  • Departament direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
  • Həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Quruma daxil olan və ya qurumun strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək və müvafiq rəylər vermək;
  • Qurumun strukturlarının fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
  • Qurumu bütün dövlət orqanlarında, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya, qeyri-kommersiya qurumlarında, həmçinin fiziki şəxslərə münasibətdə təmsil etmək;
  • Qanunvericilik aktları üzrə şərh və izah vermək; 
  • Qurumun fəaliyyəti ilə əlaqədar müxtəlif növ müqavilələri hazırlamaq;
  • Qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi, habelə qurumun struktur bölmələrinin əməkdaşlarını məlumatlandırmaq;
  • Qurumun bağladığı xidmət, alğı-satqı və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Bütün daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxmaq, araşdıraraq cavablandırılmasını təmin etmək;
  • Qurumda istifadə olunan sənədlərin şablonlarının hazırlanmasında iştirak etmək, qurumun fəaliyyətini tənzimləyən bütün növ prosedur, qayda və təlimatları hazırlamaq və onlara hüquqi rəy vermək.
  • Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası departamentə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Qurumun hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  • Qurumun strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və digər normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə günləri, saat 09:00 – 18:00-dək;
  • Zərurət olduqda şənbə günü – yarım gün

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
  • Yaş: 24 yaşdan yuxarı
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları – yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin aparıcı mütəxəssisi” yazaraq  info@legalize.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.