Tarix: 8 dekabr 2022-ci il
Saat: 15:00 – 16:00
8 dekabr 2022-ci il saat 15:00-da insan hüquqları pozuntusu kimi məişət zorakılığı haqqında təqdimat keçiriləcək. Təqdimat Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı hakimi Lətif Hüseynovun və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən həyata keçiriləcək. Eyni zamanda təqdimat Avropa Şurasının Bakıdakı Ofisinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Təqdimatları izləyərək həm mövzu ilə bağlı ətraflı məlumat əldə edə, həm də suallarınızı ünvanlaya bilərsiniz.
Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.