Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.
Belə ki, Məcəllədə:
- 11-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda “ğ” bəndi əlavə edilib:
“ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.”.
- 65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”.
- 67-ci maddənin 2-ci hissəsinə “işçinin” sözündən əvvəl “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud” sözləri əlavə edilib.
- 78-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.”.
- 179-cu maddənin 2-ci hissəsinin “h” bəndində “ayrılmaqla” sözü “tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilib.
Dəyişikliyin mətni ilə buradan tanış ola bilərsiniz.