Legalaid Hüquq Şirkətində kiçik hüquqşünas vakansiyası

“Legalaid” Hüquq Şirkəti fəaliyyət istiqamətləri: hüquq xidmətlərinin göstərilməsi və hüquqi texnologiya layihələrinin hazırlanması və idarə olunması, həmçinin təlimlərin və digər tədbirlərin hazırlanması və təşkili. Eyni zamanda, “Legalaid” Hüquq Şirkəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birlikdə vətəndaşların ölkə vəkilləri ilə ünsiyyətini asanlaşdıran “Legalaid” mobil tətbiqinin yaradıcısıdır.

Namizəddə axtarılacaq tələblər

  • Təhsil: Bakalavr dərəcəsi (Hüquq);
  • Təcrübə: vacib deyil, bilik və işləmək istəyiniz nəzərə alınacaq;
  •  Normativ hüquqi aktları bilmək;
  •  Dil bilikləri: Azərbaycan, İngilis, Rus (tələb olunur);
  •  İT bilikləri: MS Office, Outlook.
  • Peşəkar səlahiyyətlər:
  • Məsuliyyətli, intizamlı, açıq fikirli;
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
  •  İş etikası;
  •  Tapşırıqları yerinə yetirmək bacarığı;
  •  Dürüst və sabit olmaq.

Öhdəliklər:

  • Müxtəlif növ müqavilələrin, müqaviləyə əlavələrin, əlavə razılaşmaların hazırlanması və dəyişikliklərin hazırlanmasında və ekspertizasında iştirak;
  • Müqavilənin qeydiyyatı və arxivləşdirilməsi;
  •  Müqavilənin icrası ilə bağlı məsələlərin həllində iştirak;
  • Hüquqi rəylərin hazırlanmasında və hüquqi məsləhətlərin verilməsində iştirak;
  • Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak;
  • Dövlət orqanlarında və digər təşkilatlarda müştəriləri təmsil etmək;
  • Daxili təlimatların, qayda və prosedurların, reqlamentlərin işlənib hazırlanmasında iştirak, müvafiq təkliflərin hazırlanması və s.

İş yeri – Bakı, Azərbaycan, Demirchi Tower

İş qrafiki: həftənin 5 günü, saat 10:00-dan 17:00-dək

Əmək haqqı razılaşma yolu ilə qanunvericiliyin tələblərinə uyğun tam qeydiyyat

Ətraflı məlumat əldə etmək və müraciət etmək istəyənlər bu keçiddən istifadə bilərlər.