2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli, 438 nömrəli Qərarına əsasən 2023-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixi müəyyənləşib.

Qərara əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq Hüzn Günü;

8 mаrt – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

21, 22 арrеl – Ramazan bауrаmı;

9 may – Faşizm üzərində Qələbə günü;

28 mау – Müstəqillik Günü;

15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

28, 29 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Mənbə: 2023-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 dekabr 2022-ci il 22050000348 nömrəli Qərarı