Qısa məlumat: “Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının Azərbaycan Tərəfindən İcrasının Təkmilləşdirilməsinə Dəstək” Layihəsi hal-hazırda həyata keçirilir. Bu kontekstdə layihə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnun və Azərbaycan tərəfindən qərarların icrasını dəstəkləmək məqsədilə intellektual xidmətlərin göstərilməsi üçün yerli qısamüddətli məsləhətçilər axtarır.
Müraciət qaydası:
- Son müraciət tarixi: 25 Yanvar 2023-cü il, saat 18:00 (Bakı vaxtı ilə)
- Layihə ilə maraqlanan və tələb olunan meyarlara cavab verən şəxslər Tender faylında tələb olunan sənədlərlə birlikdə (“Çərçivə Aktı”,CV və s.) müraciət edə bilərlər.
- Bütün ərizələr “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender” başlığı qeyd olunmaqla [email protected] ünvanına göndərilməlidir.
Bütün suallar tenderlərin təqdim edilməsi üçün son tarixdən ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməli və yuxarıda göstərilən e-poçt ünvanına mövzu sətirində aşağıdakı qeyd olunmaqla ünvanlanmalıdır:
“Suallar – AİHM qərarlarının Azərbaycan tərəfindən icrasını dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender”.
Əlavə məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.