Son müraciət tarixi: 29 yanvar 2023-cü il
Məkan: Brüssel və Veneziya (Qeyd: Üzrlü səbəblərdən dolayı təlim onlayn keçirilə bilər)
Seçilmiş namizədlər ən gec 3 Mart 2023-cü il tarixinə qədər poçtla məlumatlandırılacaqlar.
Namizədlərə olan tələblər:
- Qeyri-hökumət təşkilatlarında və ya insan haqları sahəsində müəyyən qədər təcrübələri olmalıdır;
- Brüssel və Veneziyada həyata keçiriləcək tədbirlərdə müzakirələrdə iştirak etmək üçün yetərli İngilis dili səviyyəsinə malik olmaldırlar.
Təqaüdə daxildir:
- Səyahət xərci;
- Brüssel və Veneziyada qonaqlama və gündəlik yaşam xərcləri.
Qeyd: İştirakçıların seçimi zamanı onların sayında gender bərabərliyi nəzərə alınacaq.
Qısa məlumat: Bu təqaüd Avropa İttifaqına daxil olmayan ölkələrdən seçilmiş 14-ə qədər insan hüquqları müdafiəçisinə Brüsseldə və Venesiyadakı İnsan Hüquqları üzrə Qlobal Kampusda iki həftəlik intensiv təlim keçmək imkanı təklif edir.
Saxarov təqaüd proqramı çərçivəsində insan hüquq müdafiəçiləri aşağıdakılara nail olacaqlar:
- Avropa İttifaqı və beynəlxalq insan hüquqları, siyasət və mexanizmləri haqqında biliklərini artırmaq;
- İnsan hüquqlarının müdafiəsi üçün müsbət dəyişikliklərin tərəfdarı olmaq və bacarıqlarını inkişaf etdirmək;
- Əldə etdikləri bilik və təcrübələri bölüşmək, proqram təqaüdçüləri arasında əlaqələri daha da genişləndirmək;
- Avropa İttifaqı Parlamenti və öz ölkələrindəki Aİ Parlamentinin nümayəndəsi ilə davamlı olaraq əlaqədə olmaq.
Ətraflı məlumat
Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.