Avropa Komissiyası “Avropada miqrantların ləyaqətlə qəbulunun təmin olunması” adlı Avropa Vətəndaş Təşəbbüsünün qeydiyyata alınması barədə qərar qəbul edib.
Təşəbbüsün əsas məqsədi üzv dövlətlər arasında effektiv həmrəyliyi təmin etməklə yanaşı, sığınacaq axtaranların bütün Avropa İttifaqı ərazisində yerləşdirilməsini təmin etməkdir.
Təşəbbüsün iştirakçıları Avropa Birliyində sığınacaq axtaranlar üçün ləyaqətli yaşayış şəraitini, məsələn, qida, sağlamlıq, mənzil, təhsil və iş baxımından təmin edən məcburi standartların qəbul olunması üçün çalışırlar.
Avropa Vətəndaş Təşəbbüsü İnstitutunun əsası 2012-ci ilin aprelində rəsmi olaraq Lissabon müqaviləsiylə qoyulub. İnstitut ən az yeddi Avropa İttifaqı dövlətindən olan bir milyon vətəndaşa Avropa Komissiyasının fəaliyyət göstərmək səlahiyyətinə malik olduğu sahələrdə hüquqi aktların hazırlanmasına dair təkliflərin verilməsinə şərait yaradır.
Daha ətraflı bu keçiddən istifadə edərək oxuya bilərsiniz.