Aİ Komissiyası: Təmiz texnologiyaların istehsalını genişləndirmək üçün “Net-Zero Industry Act”

Qısa Məlumat: Net-zero İndustry Act, Aİ-də “xalis sıfır” hədəfinə uyğun olaraq texnologiya istehsalının dayanıqlığını və rəqabət qabiliyyətini gücləndirəcək və enerji sistemini daha təhlükəsiz və dayanıqlı edəcəyi planlaşdırılan bir layihədir. Bu, Avropada həyata keçiriləcək layihələrin “xalis sıfır” hədəfinə uyğun olaraq qurulması və 2030-cu ilədək istehsal gücünün 40% artırılması baxımından daha əlverişli şərait yaradacaq.

Covid-19 pandemiyasının və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan enerji böhranı ilə əlaqəli cari qeyri-müəyyənliklər nəzərə alınaraq, Avropanın alternativ enerji mənbələrinə irimiqyaslı keçidə sərmayə üçün tələb edilən çeviklik təmin ediləcəkdir. Təklif olunan Akt layihəsi dekarbonizasiyaya əhəmiyyətli töhfə verəcək texnologiyalara əsaslanır. Bunlara aşağıdakılar daxildir:

  • günəş fotovoltaik və günəş termal
  • quruda külək və dənizdə bərpa olunan enerji
  • karbon tutma və saxlama
  • bioqaz/biometan istehsalı
  • alternativ enerji mənbələri

Hədəflər:

“Net-Zero Industry Act” aşağıdakıları hədəfləyir:

  • Akt – layihələrin qurulması üçün inzibati yükün azaldılması və icazələrin verilməsi proseslərinin sadələşdirilməsi yolu ilə xalis sıfır texnologiyalar üçün nəzərdə tutulan investisiya şərtlərini yaxşılaşdıracaq. Əlavə olaraq akt, karbon emissiyalarını təhlükəsiz saxlamaq üçün Aİ sənayesinin davamlılığını və rəqabət qabiliyyətini gücləndirmək üçün vacib hesab edilən xalis sıfır hədəfinə yönəlik layihələrə üstünlük verməyi təklif edir.
  • 2030-cu ilədək bərpa olunan enerji mənbələri üzrə 50QVt xalis istehsal gücü yaratma
  • Bazarlara çıxışın asanlaşdırılması:xalis sıfır texnologiyaları üzrə tədarükün diversifikasiyasını artırmaq üçün Akt dövlət orqanlarından dövlət satınalmalarında və ya hərraclarda xalis sıfır texnologiyalar üzrə davamlılıq meyarlarını nəzərə almağı tələb edir.
  • Bacarıqların artırılması: Akt Net-Zero Europe Platformasının dəstəyi və nəzarəti ilə Net-Zero Sənaye Akademiyalarının yaradılması da daxil olmaqla, Aİ-də xalis sıfır texnologiyaların istehsalını dəstəkləyən ixtisaslı işçi qüvvəsinin olmasını təmin etmək üçün yeni tədbirlər təklif edir.
  • İnnovasiyaların təşviqi: Akt, Üzv Dövlətlərə innovativ xalis sıfır texnologiyaları sınaqdan keçirmək və innovasiyaları stimullaşdırmaq üçün imkan yaradır.

Növbəti addımlar:

Təklif olunan Əsasnamə qəbul olunmadan və qüvvəyə minməzdən əvvəl Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən müzakirə edilməli və razılaşdırılmalıdır.

Yeni strategiyanın tətbiqi vasitəsi ilə onun 2050-ci ilədək və ya daha erkən tarixədək xalis sıfır hədəfə nail olmaq və onun köməkçi məqsədlərinə çatmaq istiqamətində əhəmiyyətli irəliləyişin əldə ediləcəyi gözlənilir.

Əlavə olaraq, əməyin təhlükəsizliyi və əməliyyat etibarlılığını qoruyub saxlamaqla yanaşı bu layihə, kapital və xərc məhsuldarlığını artırmaq və emissiyaları azaldaraq hazırda davam edən iri layihələri tamamlamaq, kapital tutumunu azaltmaq və yüksək dərəcəli portfeli davam etdirmək və nəticədə hasilat və emal gücünü xeyli azaltmaq və daha rəqabətədavamlı etmək niyyətindədir.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.