Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamenti Maliyyə bazarlarının hüquqi təminatı şöbəsində Hüquq məsləhətçisi vakansiyası elan edir.
Namizəddə axtarılacaq tələblər
- Təhsil: Hüquq üzrə ali təhsil;
- Mülki hüquq, o cümlədən bank, qiymətli kağızlar və ya sığorta hüququ sahəsində ümumi biliklər – Yaxşı səviyyədə;
- Hüquqşünaslıq ixtisası üzrə 2il iş təcrübəsi (azı 1 ili maliyyə bazarları sahəsində);
- Dil bilikləri: Azərbaycan və İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Davranış kompetensiyaları: Analitik və hüquqi düşüncə.
Vəzifə öhdəlikləri:
- Maliyyə bazarlarına aid olan mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində və hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
- Normayaratma prosesində mütəmadi olaraq maliyyə bazarları sahəsində beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil aparır, zəruri arayışlar, təqdimat materialları və təkliflər hazırlayır;
- Tapşırığa əsasən qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar barədə arayışlar hazırlayır;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanmasında iştirak edir;
- Qanunvericilikdəki yenilikləri, o cümlədən ümumi iqtisadi münasibətləri və maliyyə bazarlarını tənzimləyən hüquqi aktları daimi əsasda təhlil edir, lazımi arayışlar və materiallar hazırlayır;
- Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır, layihələrə rəy bildirir;
- Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür.
Uyğun namizədlərlə test mərhələsi baş tutacaqdır. Test mövzuları aşağıdakılardır:
- Mülki məcəllə
- Bank qanunvericiliyi
- Sığorta qanunvericiliyi
- Konstitusiyanın əsasları
- Qiymətli kağızlar bazarına aid qanunvericilik
- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
- Məntiq
- İngilis dili
- Ümumi kompüter bilikləri
Son müraciət tarixi: 05.04.2023
Ətraflı məlumat əldə etmək və müraciət etmək üçün bu keçiddən istifadə edin.