Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Cinsi: Kişi;
- Ali təhsil (Hüquq üzrə);
- İş təcrübəsi: minimum 1 il (sığorta sahəsində olması arzuolunandır);
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlaması;
- Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanması, müvafiq pretenziyaların göndərilməsi;
- Subroqasiya tələbinin məhkəməyə qədər, məhkəmə və məhkəmə sonrası təmin edilməsi;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək;
- Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədləri almaq;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
- Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son tarix: 13 may 2023-cü il
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Hüquqşünas) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.