Məqsəd: Bioloji müxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, növlərin nəslinin kəsilməsi, çirklənmə və ekosistemlərin ümumi deqradasiyası insan hüquqlarının həyata keçirilməsinə dərin qlobal təsir göstərir və bu mənfi təsirin qarşısını almaq və ya aradan qaldırmaq üçün mümkün olan ən geniş beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin mühafizəsi və insan hüquqlarının müdafiəsi bir-biri ilə əlaqəlidir: birinə digəri olmadan nail olmaq mümkün deyil. İnsan hüquqlarına əsaslanan yanaşma – ətraf mühitə təsirlər kontekstində insan hüquqları qanunlarından və mexanizmlərindən istifadə etməklə ətraf mühitin mühafizəsi üçün innovativ və inkişaf edən alət təklif edir.
Ətraf mühitlə bağlı məsələlərdə bir sıra beynəlxalq insan hüquqları standartları, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Sosial Xartiyası uğurla tətbiq edilmişdir.
Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsi və Avropa Sosial Hüquqlar Komitəsinin presedent hüququ bir tərəfdən ətraf mühitin mühafizəsi ilə digər tərəfdən insan hüquqları arasında danılmaz qarşılıqlı əlaqəni təsdiq edir.
Ödənişsiz həyata keçirilən Ətraf Mühit və İnsan Hüquqları üzrə HELP onlayn kursu hüquq praktikasına və başqalarına insan hüquqları və ətraf mühit arasındakı əlaqəni, xüsusən ətraf mühitin mühafizəsinə insan hüquqlarına əsaslanan yanaşmanın necə tətbiq olunacağını anlamaqda dəstək verəcək hüquqi çərçivələri və praktiki yanaşmaları özündə ehtiva edir.
Ətraf Mühit və İnsan Hüquqları üzrə HELP onlayn kursu ekoloji kontekstdə dövlətin insan hüquqları üzrə öhdəliklərini araşdırır; ətraf mühitin mühafizəsinə insan hüquqlarına əsaslanan yanaşmanın necə tətbiq oluna biləcəyinə dair praktiki təlimat verir; regional sistemlərdə insan hüquqlarının yaşıllaşdırılmasını təhlil edir; və korporativ ekoloji məsuliyyətə giriş təklif edir. Əhatə olunan mövzular təqdimatlar, interaktiv ekranlar, bilik testləri və əks etdirmə tapşırıqlarından istifadə etməklə praktiki şəkildə araşdırılır.
Hədəf auditoriyası: Ödənişsiz həyata keçirilən Ətraf Mühit və İnsan Hüquqları üzrə HELP onlayn kursu ilk növbədə hüquq sahəsində çalışan mütəxəssislərə (hakimlər, prokurorlar, hüquqşünaslar) ünvanlanır. Bununla belə, ekoloji problemlər və onların fundamental hüquqlardan istifadəyə təsiri ilə məşğul olan dövlət qulluqçuları, siyasətçilər, vətəndaş cəmiyyətinin üzvləri, digər peşəkarlar və universitet tələbələri də bu kursu faydalı hesab edəcəklər. Kurs mövzu ilə bağlı hər hansı əvvəlki bilik tələb etmir.
Kursun inkişafı və həyata keçirilməsi: Kurs Hollandiya və Almaniya tərəfindən maliyyələşdirilən Avropa Şurasının İnsan Hüquqları üzrə Rəhbər Komitəsi (CDDH) ilə birgə HELP proqramı tərəfindən həyata keçirilən “Biznes və İnsan Hüquqları üçün Onlayn Platforma” Layihəsi çərçivəsində hazırlanmışdır. Buradakı fikirlər heç bir halda Almaniyanın və ya Hollandiyanın rəsmi mövqeyini əks etdirə bilməz.
Kursa bu keçiddə yerləşən HELP e-tədris platformasına daxil olaraq daxil olmaq olar.
Əvvəlcə HELP hesabı açmalısınız, əgər hələ etməmisinizsəonlayn kursa birbaşa daxil olmaq üçün bu keçidə daxil ola bilərsiniz.