Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyasının (Foreign Educated Lawyers’ Association – FELAS) ilk layihəsini həyata keçirir.
“Expert talks!” başlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycanda hüquq ictimaiyyəti tərəfindən yetərincə toxunulmasa da, beynəlxalq sferada gündəmdə olan hüquq sahələri üzrə müzakirələr təşkil etmək və bu istiqamətdə xarici, eləcə də yerli ekspertlərin dəyərli bilik və təcrübələrindən faydalanmaqdır.
Layihənin “Beynəlxalq İnvestisiya Hüququ” sahəsi üzrə nəzərdə tutulan silsilə tədbirlərinin ilki 30 iyun tarixində Bakı vaxtı ilə saat 12:00-da baş tutacaqdır. Məmnuniyyətlə bildirmək istərdik ki, “Understanding of the International Investment Law and Arbitration” mövzusunda keçiriləcək ilk tədbirin ekspert qonağı İsveç Krallığının Uppsala Universitetinin “İnvestisiya Sazişləri Arbitrajı” üzrə magistr proqramının (LL.M.) direktoru Professor Steffen Hindelang olacaq.
Tədbir ərzində Professor Hindelang beynəlxalq investisiya hüququ və arbitrajının əsaslarına dair öz misilsiz təcrübə və dərin biliklərini bölüşəcək. Tədbirin mövzusunun ən önəmli xüsusiyyətlərindən biri də “Beynəlxalq İnvestisiya Hüququ” sahəsi üzrə növbəti tədbirlər üçün giriş xarakteri daşıması və bu sahəni daha dərindən araşdırmaqda maraqlı olanlar üçün əvəzolunmaz başlanğıc nöqtəsi olmasıdır.
Tədbir “Google Meet” platformasında baş tutacaq və görüşdən əvvəl qeydiyyatdan keçmiş iştirakçılara müvafiq link və məlumatlar təqdim ediləcək.
Qeydiyyat üçün bu keçiddən istifadə edin.
Son müraciət tarixi: 29 iyun 2023-cü il, saat 12:00