Qanunvericilik yeniliklərinin cari ilin avqust ayı üzrə olan buraxılışı aşağıda qeyd edilən dəyişiklikləri ehtiva edir:
- “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında Qərar qəbul edildi.
 - “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edildi.
 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi.
 - “Aqrar sığorta haqqında” Qanun qəbul edildi.
 - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edildi.
 - İnzibati Xətalar Məcəlləsinə məşğulluq ilə əlaqədar dəyişiklik edildi.
 - “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edildi.
 

