A
zərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə XVI Buraxılış 2021-ci ilin avqust ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:
- Azərbaycan Respublikası Prezidenti “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzaladı.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.
- Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.