Cambridge Universiteti Beynəlxalq Tələbə Təqaüdü

Son müraciət tarixi: 2 dekabr 2021 və 6 yanvar 2022

Məkan: Cambridge, Böyük Britaniya

Cambridge Trust, Cambridge Universitetinin bakalavr, magistr və ya aspirantura proqramlarından birinə müraciət edən beynəlxalq tələbələrə hər il təqaüd almaq imkanı təklif edir. Təqaüdün alınması üzrə əsas meyarlar yüksək akademik göstəricilər və maddi ehtiyacdır. Təqaüd üçün yalnız Cambridge Universitetində proqramlardan birinə qəbul olunan və maddi çətinliyi olan tələbələr müraciət edə bilərlər.

Bakalavr tələbələri üçün məhdud sayda təqaüd təklif olunur, təqaüdlərin əsas hissəsi (85%) magistr və aspirantura tələbələri üçün nəzərdə tutulmuşdur.

Tələbələr birbaşa təqaüd üçün müraciət edə bilməz, təqaüd müraciəti universitetə qəbul ərizəsi ilə birlikdə göndərilir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • hər hansı bir milliyyət və vətəndaşlığı (təqaüd növündən asılı olaraq İngiltərə və Avropa Birliyi ölkələri istisna ola bilər) olan tələbələr təqaüd üçün müraciət edə bilərlər;
  • namizədlər hazırda Universitetdə mövcud olan hər hansı proqram üzrə təhsil ala bilərlər;
  • Fond hal-hazırda Universitetdə təhsil alan tələbələrin müraciətlərini qəbul etmir, buna istisna yüksək kateqoriyalı diplom almaq üçün maddi dəstəyə müraciət edən tələbələr ola bilər;
  • namizədlər Cambridge Universitetinin bakalavr, magistr və ya aspirantura proqramlarından birinə qəbul olunmalıdırlar.

Müraciət prosesi:

Bakalavr (BA və digər) və aspirantura (magistratura, doktorluq və digər) pillələrinə müraciət etmək üçün prosedur müxtəlif proqramlara uyğun olaraq fərqlidir. Müvafiq tarixə qədər Universitetə ​​qəbul üçün müraciət etməlisiniz və Cambridge Trust tərəfindən təqaüd müraciətinizin nəzərə alınması üçün Universitet tərəfindən şərti qəbul təklifiniz (conditional offer) olmalıdır.

Ərizəçilər son müraciət tarixinə qədər seçdikləri təhsil proqramına qəbul üçün müraciət etməlidirlər.

Magistr və aspirantura tələbələri üçün son müraciət tarixləri müxtəlif proqramlara görə dəyişir. Təqaüdlü təhsil üçün əsas iki son müraciət tarixləri – 2 dekabr 2021-ci və 6 yanvar 2022-ci ildir.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.