Məkan: Fransa
Son müraciət tarixi: 16 yanvar 2022-ci il
Ampère Mükəmməllik Təqaüdləri əlaçı beynəlxalq tələbələrə ENS de Lyon-da təklif olunan magistr proqramlarından birində təhsil almaq imkanı verir.
The École normale supérieure de Lyon (həmçinin ENS Lyon, ENSL və ya Normale Sup’ Lyon kimi tanınır) Parisdə yerləşən École Normale Supérieure və Ecole Polytechnique ilə birlikdə üç ən nüfuzlu və ən yaxşı Fransız universitetindən biri hesab olunur və dünyanın ən yaxşı 200 universitetinə daxildir.
Aşağıdakı sahələr üzrə təhsil almaq üçün təqaüdlər əldə edilə bilər:
- dəqiq elmlər
- incəsənət
- humanitar və sosial elmlər
Təqaüd:
Təqaüd 1 il ərzində ayda 1,000 avro təşkil edir. Üstəlik, 2-ci ildə yenilənə bilər. Magistratura proqramının rəhbəri namizədləri seçir və magistratura təhsilinin 1-ci ilini təsdiq edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- namizəd xarici vətəndaş olmalı və 1 yanvar 1996-cı ildən sonra (maksimum 26 yaş) anadan olmuş olmalıdır
- magistraturanın 1-ci ilinə qəbul olmaq üçün müraciət edən namizəd: lisanz (180 AKTS Avropa kreditinə ekvivalent) və ya ekvivalent diplom/səviyyə əldə etdiyinə dair sübut təqdim etməlidir
- magistraturanın 2-ci ilinə qəbul olmaq üçün müraciət edən namizəd: magistraturanın 1-ci il səviyyəsinə (240 AKTS Avropa kreditinə ekvivalent) uğurla başa çatdığını və ya ekvivalent diplom/səviyyə aldığını sübut etməlidir
Müraciət Prosesi:
Müraciət etmək üçün 16 yanvar 2022-ci il tarixinədək onlayn ərizə formasını doldurub təqdim etməli və təsdiqedici sənədləri yükləməlisiniz.
Xahiş edirik nəzərə alın: Bu çağırış 2022-2023-cü illərdə müraciət etmək üçün nəzərdə tutulub. 2021-2022-ci illər üçün ərizələrin qəbulu bağlanıb.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.