LAWELS olaraq komandamızın üzvlüyünə qeydiyyatı açıq elan edirik!
LAWELS hüquqşünaslara məqalələrini geniş oxucu kütləsinə çatdırmaq, onları qanunvericiliyə edilən dəyişikliklərlə və peşəkar inkişaf üçün elanlarla tanış olmaq fürsəti verən onlayn platformadır. Bloqun fəaliyyəti və hazırki komanda haqqında ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edin: https://lawels.com/haqqimizda/
Bloqun fəaliyyət siyasəti üç sahə üzrə müəyyən edilib:
- Məqalələr, qanunvericiliyə yeniliklər və izahatlar (məsul baş redaktor – Nurlana Dünyamalıyeva)
- Məqalələr, tədbirlər, elanlar – vakansiyalar, xəbərlər (məsul baş redaktor – Rahil Məmmədov)
- Məqalələr, təqaüdlər və təcrübə proqramları (məsul baş redaktor – Nana Əliyeva)
Redaktorlar məzmunun, strukturun, oxunaqlılığın və müvafiq bloq fəaliyyəti üzrə mənbələrin tapılmasının bloqun siyasətinə və standartlarına uyğun olmasını təmin etmək üçün baş redaktorlara kömək edəcəklər.
Tələblər:
– Hüquq tələbələri və ya məzunları (Marketinq və SMM sahəsi üzrə ixtisas tələbi yoxdur).
– İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
– “Microsoft Office” proqramlarında sərbəst işləmə bacarığı;
– Məsuliyyətli olmaq və hər həftə müəyyən zaman ayırmaq.
Üstünlüklər:
– Yerli və beynəlxlaq akademik mühitə giriş imkanları;
– Magistr və ya doktorluq təhsil səviyyəsi üzrə davam etdirmək üçün imkanlar və yeni bacarıqlar;
– Bloq redaksiyası üzrə geniş təcrübə və araşdırma bacarıqlarının inkişafı.
Qeydiyyat üçün bu keçiddən istifadə edin: https://forms.gle/qWCgEomWd4AFXQhD9
Qeydiyyat üçün son tarix: 7 fevral 2022-ci il saat 23:59 (Bakı vaxtı ilə)
Müraciət formunu uğurla tamamlayan şəxslər baş redaktorlar tərəfindən keçiriləcək müsahibə əsasında seçiləcəklər.
Komandamıza qoşulun və güclü platformanın bir hissəsi olmaq şansı əldə edin!