Mauve şirkətlər qrupuna kiçik hüquqşünas axtarılır.
Namizəddə axtarılacaq tələblər:
- Hüquq fakültəsi üzrə bakalavr ali təhsili;
- Hüquq firmasında və ya hüquqşünas kimi ən azı 1 il təcrübə;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı (rus dili üstünlükdür);
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- Detallara yüksək diqqət;
- Punktual, yüksək motivasiyalı, açıq fikirli, təşəbbüskar olmaq.
Məsuliyyətlər:
- Üçüncü tərəflərlə müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
- Dövlət orqanlarına və qarşı tərəflərə məktubların və digər tələb olunan sənədlərin hazırlanması;
- Hüquqi yeniliklərin təhlili və hazırlanması;
- Hüquqi tədqiqatların aparılması və qanunvericiliyin, beynəlxalq presedentlərin və qabaqcıl təcrübələrin şərh edilməsi;
- Şirkəti dövlət qurumları və digər üçüncü şəxslər qarşısında təmsil etmək;
- Komanda işinin nəzərdən keçirilməsi üçün materialların təşkili;
- Mübahisələrin həllində köməklik və hesabat vermək.
Namizədə təklif edilənlər:
- Biznesin müxtəlif sahələrində beynəlxalq layihələrdə iştirak;
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-dan 19:00-dək;
- Əmək haqqı profilinizə əsasən təyin olunacaq.
Motivasiya məktubunu və CV-nizi 30 iyul 2022-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.