Şirkət: “SR Group Co” MMC
Vəzifə: Korporativ hüquqşünas
İş vaxtı: tam iş günü
Əsas əmək funksiyaları:
- Məhkəmə iclası və məhkəmə prosesləri üçün müvafiq hüquqi sənədləri hazırlamaq;
- Satıcılar və subpodratçılarla yeni biznes tərəfdaşlıqlarını qiymətləndirmək;
- Hüquqi proseslərdə şirkəti təmsil etmək;
- Hüquqi məsələlər üzrə şirkətin siyasətini və mövqeyini tərtib etmək və ona nəzarət etmək;
- Şirkəti hüquqi risklərdən və pozuntulardan qorumaq;
- Yeni məhsul və xidmətlərlə bağlı hüquqi məsələləri araşdırmaq;
- Şirkət adından danışıqlar aparmaq;
- Hüquqi qaydalara uyğunluğu təmin etmək üçün tənzimləmə və uyğunluq məsələləri üzrə rəhbərliyə kömək etmək.
Tələblər:
- Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıq qabiliyyəti;
- Hüquq üzrə bakalavr dərəcəsi;
- Vəkillər Kollegiyasından vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malik olmaq;
- Korporativ hüquqşünas kimi minimum 3 illik təcrübə;
- Həm şifahi, həm də yazılı şəkildə mükəmməl ünsiyyət bacarıqları;
- Detallara yüksək diqqət yetirməklə yüksək analitik düşüncəyə malik olmaq;
- Üstün idarəçilik və danışıqlar aparmaq bacarığına malik olmaq.
Müraciət üçün CV-nizi “Korporativ Hüquqşünas” başlığı ilə [email protected] ünvanına göndərin.