“Xalq Sığorta” ASC-də kiçik hüquqşünas vəzifəsi üzrə vakant yer mövcuddur.
Namizədə dair tələblər:
• Təhsil: Ali hüquq təhsili;
• İş təcrübəsi: İxtisas üzrə 1 ildən az olmayan iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
• Mülki hüquq, inzibati hüququ və sığorta qanunvericiliyini bilmək, lazım gələrsə digərləri üzrə araşdırma aparmaq bacarığına malik olmaq;
• Dil bilikləri: Azərbaycan dili (yüksək yazı və danışıq qabiliyyəti).
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin subroqasiya hüququ üzrə məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı mərhələlərinin hüquqi təminatı;
• Təqdim olunan sənədlərin ekspertizası və hüquqi rəylərin verilməsi;
• Dövlət və özəl müəssisələrə müraciətlərin, sorğuların hazırlanması;
• Dövlət və özəl müəssisələrdən daxil olan müraciətlərin cavablandırılması;
• Hüquqi araşdırmalar aparmaq;
• Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
• İş vaxtı : həftə içi 5 gün /09:00-dan 18:00-dək.
Maraqlanan şəxslər CV’lərini [email protected] mail ünvanına göndərə bilərlər.