Son müraciət tarixi: 7 Oktyabr 2022
Qısa Məlumat.
Harvard Hüquq Məktəbi Qlobal Hüquq və Siyasət İnstitutu 2023 – kiçik professor-müəllim heyəti və doktorantura elmi dərəcəsini tamamlayan akademiklərin Qlobal Alimlər Akademiyasına müraciətlərini açıq elan edir. Burada Harvard araşdırma fakültəsinin dəstəyi ilə akademiklərin davamlı, sahələrarası və həmkarları ilə güclü əməkdaşlıq qurması, eyni zamanda siyasi, iqtisadi və hüquqi hakimiyyətin qollarına yiyələnmələri və onları xəritələşdirməyi bacarmaları üçün şərait yaradılır. Akademiyaya Harvard Hüquq Məktəbinin on illik seminarları və Stellenboschun qabaqcıl sahələrarası tədqiqatları əsasında dünyanın aktual siyasi problemləri çərçivəsində yeni arqumentlər irəli sürə bilən şəxslərin cəlb edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, araşdırma edən tədqiqatçılar aşağıda qeyd olunan məsələlərlə bağlı bilgi sahibi olacaqlar:
- yoxsulluğun azaldılması və təkrar istehsal;
- siyasi problemlər və yeni texnologiyaların faydaları;
- yerli və qlobal təhlükəsizlik məsələləri;
- ekoloji davamlılıq və ekoloji dəyişikliyin Qlobal Cənubdakı icmalara təsiri, qadınların səlahiyyətlərinin artırılması, DİM (davamlı inkişaf məqsədləri);
- eləcə də, daim dəyişməkdə və böyüməkdə olan dünyada mədəni fərqlərin, təcridetmə və dözümsüzlüyün idarə edilməsi.
Uyğunluq:
- Müraciətlər Qlobal Cənub bölgəsindən olan və bu bölgədəki icmaları məşğul edən siyasi problemləri araşdıran akademiklər üçün açıqdır;
- Doktorantura elmi dərəcəsini tamamladıqdan sonra kiçik müəllim vəzifəsini icra edən akademiklərə üstünlük veriləcəkdir;
- Doktoranturanı bitirən tələbələrin də müraciətləri məqbuldur.
Müraciət Proseduru:
Qeydiyyat üçün bu keçiddən istifadə edin.
Ətraflı məlumat:
Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.