Akademik Esse Layihəsinə qoşulun – Hüquq yazarı kimi müraciət edin!

Haqqımızda:

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Missiyamız hüquqşünaslarda akademik hüquqi yazı qabiliyyətini formalaşdırmaq yolu ilə hüquq elminin və təcrübəsinin inkişafına töhfə vermək və hüquqşünasların və hüquq tələbələrinin özünü inkişafına dəstək göstərməkdir.

 

2020-ci ilin may ayından etibarən bloqumuz qlobal hüquq bloqları şəbəkəsi olan LexBlog-un üzvüdür. 2004-cü ildə qurulan LexBlog bu gün şəbəkəsində 25.000-dən çox bloggerə malikdir. LAWELS’də ingilis dilində yerləşdirilmiş bütün məqalələr avtomatik olaraq LexBlog Platformasında dərc olunur. Məqalələrinizi bloqumuzda dərc etməklə daha geniş və qlobal auditoriyaya çatmaq imkanı əldə edirsiniz.

Fəaliyyətlərimiz haqqında ətraflı məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz.

İş nə ilə bağlıdır?

Akademik Esse Layihəsinin (AEL) əsas məqsədi hüquqi mövzularda keyfiyyətli akademik yazıların sayını artırmaq, gənc hüquqşünasları akademik yazı işlərində iştirak etməyə həvəsləndirmək və hüquq elminə dair onlayn məlumat bazasının əsasını qoymaqdır. Hüquq redaktorları və yazarları dünyanın müxtəlif yerlərindən oxunması və öyrənilməsi üçün hər ay veb saytımızda dərc edəcəyimiz yüksək səviyyəli məqalələr/esselər vasitəsilə biliklərini bölüşəcəklər.

Hüquq yazarları bir esse və ya məqalə üzərində işləyərək onu bir ay müddətində yekunlaşdırmalıdırlar. Hüquq yazarları yazacaqları mövzunu seçməkdə sərbəstdirlər və ya LAWELS komandası yazmaq üçün müvafiq mövzuları təmin edə bilər.

Öhdəlikləriniz:

  • Hüquq sahəsi üzrə məzmunu araşdırmaq, yazmaq, tərtib etmək və redaktə etmək.
  • Ümumilikdə 6 məqalə/esse olmaqla 6 ay ərzində müəyyən edilmiş mövzu üzrə aylıq 1 məqalə/esse təqdim etmək.
  • Məqalənin/essenin yazılmasına başlandığı tarixdən etibarən 15 gün ərzində məqalənin/essenin mövzusunu təqdim etmək.
  • Məqaləni dərc etməzdən əvvəl mükəmməl vəziyyətdə etmək üçün mümkün səhvləri düzəltmək məqsədilə Hüquq redaktorunuzla əməkdaşlıq etmək və əlaqəyə keçmək.
  • LAWEL tərəfindən verilən “Məqalələr üçün ümumi tələb və təlimatlar” sənədində nəzərdə tutulan tələblərə uyğun məqalə/esse yazmaq.

Tələblər və bacarıqlar:

  • Hüquqi biliklərə malik olmaq (hüquqşünaslıq və ya ona yaxın ixtisaslar üzrə bakalavr, magistr, doktorantura tələbəsi, məzunu; hüquq sahəsində fəal iştirak və s.).
  • Hüquq sahəsində dərin biliyə və marağa, mükəmməl tədqiqat və yazı bacarıqlarına, həmçinin uyğun akademik və qrammatik söz seçimləri bacarığına sahib olmaq.
  • Akademik dil və akademik hüquqi yazı üslubları (istinadlar, plagiarizm və s.) haqqında güclü biliyə malik olmaq.
  • Hüquq sahəsi üzrə əldə edilmiş yazı/redaktə sahəsində minimum bir illik təcrübə.
  • Maraqlı və öyrənmək istəyən insanlara yüksək keyfiyyətli məzmun təqdim etmək üçün LAWELS-in məqsədlərinə və missiyasına sadiq olmaq.
  • Mədəni, cinsi, dini, etnik, milli və yaş fərqliliklərinə diqqətlə və həssas yanaşmaq.

Nə təklif edirik:

  • LAWELS’da 6 aylıq fəaliyyət tamamlandıqda onlayn sertifikat.
  • Layihələr və məqalə sayı üzrə müəyyən edilmiş rahat və uyğunlaşdırıla bilinən cədvəl.
  • Məqalə/esse yazı prosesində Hüquq yazarına dəstəyin göstərilməsi məqsədilə Hüquq redaktoru ilə çalışmaq.
  • Dəyərli və təcrübəli hüquqşünaslarımız və professorlarımızdan təlim sessiyaları.
  • Məqaləniz/esseniz sosial media platformalarımızda (Facebook və Linkedin) və LAWELS saytında 15.000-dən çox aktiv oxucu üçün paylaşılır.
  • 25.000-dən çox bloggeri olan “LexBlog Network”də məqalələrinizin/esselərinizin daha geniş kütlə üçün yayılması.
  • Könüllülük əsasında çalışan təşkilatımızın bir hissəsi olmaq və gənc hüquqşünasların akademik yazı sahəsində iştirak etməyə təşviq edilməsi kimi ortaq məqsədlərə töhfə vermək.

Necə müraciət etməli:

Əgər siz LAWELS’in yeni HÜQUQ YAZARI olduğunuza və uyğun təcrübə və bacarıqlarınızın olduğuna inanırsınızsa, ərizənizi aşağıdakı müraciət vasitələrilə qəbul etməkdən çox məmnun olarıq:

  • Bu link vasitəsilə qeydiyyatdan keçin: https://forms.gle/nP9f2sCBLzt7TSTx5
  • CV-nizi qısa motivasiya məktubu (500 sözədək) ilə birlikdə [email protected] ünvanına göndərin.

Kvalifikasiyanızın sübutu kimi ərizənizi diqqətlə nəzərdən keçirdikdən sonra əlavə sənədlər tələb oluna bilər. Müsahibələr növbəli şəkildə aparılacaq.

Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Elektron ünvan: [email protected]