SOCAR Baş İdarəsi Korporativ İdarəetmə Mərkəzinə korporativ hüquq sahəsində təcrübəli baş korporativ hüquqşünas axtarır.
Əsas vəzifə öhdəlikləri:
– SOCAR Qrupu daxilində korporativ idarəetmə mexanizmlərinin, o cümlədən korporativ standartların (siyasətlərin) hazırlanması;
– İdarəetmə orqanları üçün effektiv iş mexanizmlərinin yaradılması;
– SOCAR Qrupu üçün audit, etika və uyğunluq mexanizmlərinin və korporativ strukturlarının işlənib hazırlanması prosesində iştirak etmək;
– Qrup şirkətlərinin korporativ idarəetmə yetkinlik səviyyəsinin qiymətləndirilməsi prosesində iştirak etmək;
– Əlaqədar tərəflərlə əməliyyatların, eləcə də xüsusi əhəmiyyət kəsb edən əməliyyatların təsdiqi prosesinin idarə edilməsi;
– Hüquqi şəxslərin (törəmə, BM, assosiativ şirkətlər) təsis edilməsi və ləğvi prosesində iştirak etmək;
– SOCAR Qrupu daxilində səhmdarlara effektiv nəzarət mexanizmlərinin yaradılması;
İş tələbləri:
– Ali təhsil (Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi);
– Xaricdə təhsil imtiyazdır;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi, korporativ hüquq sahəsində iş təcrübəsi;
– Güclü yazılı və şifahi ünsiyyət və danışıqlar aparmaq bacarığı;
– Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
– Mürəkkəb məsələlərin həlli üçün yeni yanaşmalar hazırlamaq bacarığı;
– Güclü iş etikası, problemlərin həlli;
– Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı; Nə təklif edirik?
– Peşəkar iş mühiti;
– Peşəkar inkişaf və karyera imkanları;
– Rəqabətli kompensasiya və müavinətlər proqramı; – Tibbi sığorta və sağlamlıqla bağlı güzəştlər, o cümlədən SOCAR Tower-də yerləşən idman zalı;
– Nəqliyyat xidmətləri;
Maraqlanan namizədlərdən öz CV-lərini “Baş korporativ hüquqşünas” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Ətraflı məlumatla bu keçiddən tanış ola bilərsiniz.