“LU-MUN Holding” MMC-nin Hüquq şöbəsi özgüvənli, motivasiyalı, öyrənməyə açıq, istedadlı gəncləri təcrübə proqramına müraciət etməklə Korporativ hüquq sahəsində praktiki biliklər qazanmağa dəvət edir!
Təcrübə proqramının müddəti 3 ay nəzərdə tutulmuşdur. Ödənişli əsaslarla (minimum əmək haqqı miqdarında) həyata keçirilir.
Əldə ediləcək təcrübi bacarıqlar:
-Müqavilələrin hüquqi ekspertizası;
-Məhkəmə mübahisələrinin idarə edilməsi, məhkəmə işləri üzrə sənədlərin tərtib olunması;
-Əmək hüququ üzrə praktiki bacarıqlar (əmək mübahisələrinin idarə edilməsi, əmək münasibətlərinə hüquqi dəstəyin verilməsi);
-Təcrübə müddətində hər həftə təşkil ediləcək “hüquqi araşdırma və müzakirə”də iştirak, hüquqi araşdırma qabiliyyətinin yaranması;
-Dövlət orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərin tənzimlənməsində hüquqi dəstək.
Tələblər:
-Hüquq üzrə ali təhsilini başa vuran məzunlar və ya 4-cü kurs tələbələri (SABAH qrupu məzunlarına/tələbələrinə üstünlük verilir);
-Azərbaycan dilində səlis danışma və yazı qabiliyyəti (İngilis və Rus dili bilən namizədlərə üstünlük veriləcək);
-Yaradıcı yanaşma, innovativ ideyalara malik olan, yenilikçi, daim öyrənməyə və inkişafa meylli olan;
-“Microsoft Office” Proqramları ilə işləmə qabiliyyəti;
İş Şəraiti:
-İş saatı : 09:00-dan 18:00-dək (tələbələr üçün natamam iş vaxtı -təyin ediləcəkdir)
-İstirahət günləri: şənbə və bazar
-Təcrübə müddəti: 3 ay
-Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.
Müraciət etmək istəyən şəxslər CV-lərini və motivasiya məktublarını (növbəti 5 il ərzində karyera planlarını qeyd etməklə) “Hüquq üzrə təcrübəçi” başlığı altında 15.11.2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Uyğun namizədlərə elektron ünvan vasitəsilə növbəti mərhələ üçün “kazus” tipli tapşırıq təqdim ediləcəkdir.