ELSA Təcrübə Proqramları

Ölkə: AB ölkələri (təxminən 26)

Son tarix: noyabr-dekabr 2022

Dərəcə səviyyəsi: Tələbələr, məzunlar və gənc hüquqşünaslar

Maliyyə təminatı: Bəzi qurumlar aylıq təqaüd təklif edir, bəziləri isə təklif etmir

Keçirilmə növü: Oflayn və onlayn

ELSA Təcrübələri ELSA Qrupunun (yerli və ya milli) üzvü olan hər kəs üçün açıqdır. Üzvlük ELSA”nın hər bir yerli/milli Qrupu tərəfindən tənzimlənir. Ölkənizdə ELSA Qrupu olmadığı halda, siz namizəd kimi ELSA Təcrübələri üçün müraciət edə bilərsiniz.

Namizəd üçün müraciət proseduru:

  • Seçdiyiniz üç ELSA Təcrübə proqramına müraciət;
  • Seçdiyiniz Təcrübə proqramı(lar) tərəfindən tələb olunan dil bilikləriniz;
  • Seçilmiş Təcrübə proqramı(lar) tərəfindən tələb olunan hüquqi bacarıqlarınız;
  • Akademik məlumatınız, yəni dərəcə(lər) və təhsil müəssisəsi(lər).

Əlavə sənədlər:

Hər seçilmiş ELSA Təcrübə proqramı üçün 5000 simvoldan ibarət motivasiya məktubu yazmaq.

Müraciət Formasına CV-nizi (PDF formasında) əlavə etmək.

Yalnız Təcrübə Proqramı tərəfindən açıq şəkildə tələb olunarsa, sizdən əlavə sənədləri əlavə etməyiniz tələb oluna bilər.

Seçim proseduru:

ELSA International ən geci 11 yanvar 2023-cü il tarixinədək ərizənizin nəticəsini e-poçt vasitəsilə birbaşa sizə bildirir.

Təklif:

Təcrübə Proqramı sizə Təcrübə üçün təklif təqdim edərsə, qəbulunuzu təsdiqləmək üçün təxminən bir həftə vaxtınız olacaq. Bu müddət ərzində siz birbaşa Təcrübə Proqramı və vakansiya ilə bağlı müvafiq detalları sizə təklif edən müvafiq ELSA Qrupu ilə müzakirə edə bilərsiniz.

Əlavə məlumat üçün internet saytına daxil olun.