Qısa məlumat: Təşkilatınızda riskləri müəyyən etmək və azaltmaq üçün effektiv strategiyaları öyrənmək istəyirsiniz? Bu onlayn seminar sizə daha effektiv risk qiymətləndirməsini necə həyata keçirəcəyinizə dair kömək edəcək. Təşkilatınız istər artıq kamil bir modelə sahib olsun, istərsə də risklərin qiymətləndirilməsi prosesinə yeni başlamış olsun, bu seminar sayəsində siz təşkilatınıza xas risklər və sisteminizdəki problemləri həll etməyə kömək edəcək hərtərəfli qiymətləndirmənin necə aparılacağı barədə məlumat əldə etmiş olacaqsınız. Seminar zamanı təlimçilər əsas məsələlərə diqqət çəkmək üçün çoxsaylı nümunələrdən istifadə edəcəklər. Bununla birlikdə təlimdə iştirak edən şəxslər seçdikləri sahə (o cümlədən səhiyyə, istehsal, satış və s.) əsasında müxtəlif nümunələr üzərində işləmək imkanlarına malik olacaqlar.
Təlimdə keçiləcək mövzular:
- Risk qiymətləndirməsi: giriş, tərif və məqsədlər
- Uyğunluq risklərinin qiymətləndirilməsi
- Uyğunluq üzərində daxili nəzarətin effektivliyinin nəzərdən keçirilməsi
- Risklərə cavab planının həyata keçirilməsi
- Uyğunluq risklərinin idarə edilməsi dövrünün tamamlanması
- Yekun mülahizələr, təşkilati risklərin idarə edilməsi və s.
Kimlər iştirak edə bilər?
- Uyğunluq mütəxəssisləri
- Risk mütəxəssisləri
- Daxili auditorlar
- Xarici uyğunluq məsləhətçiləri
Qeyd: Tədbir 22-23 Fevral 2023-cü il tarixində saat 09:00-da onlayn olaraq keçirələcəkdir.
Ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.