AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Türkiyədən gəlmiş Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru M.Elif Günçe Eskiköy, məhkəmə-tibb eksperti Uyum Vehit və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrup rəhbərinin müavini Eldar Səmədovla görüş keçirib.
Görüşdə institutun baş direktoru Abbas Seyidov, icraçı direktor Zaur Həsənov, elmi katib Akif Quliyev, Antropologiya Mərkəzinin rəhbəri Əliağa Məmmədli iştirak edib.
22-24 may 2023-cü il tarixlərində Bakı şəhərində “Məhkəmə arxeologiyası və antropologiyası” adlı I Beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Tərəflərin iştirakı ilə İşçi qrupun yaradılması barədə müzakirələr aparıldı və öhdəliklər qəbul edilib.
Mənbə: E-huquq.az