Son müraciət tarixi. Müraciət edilən şəhərə görə dəyişir
Məkan. London, Vaşinqton DC, Haaqa
Qısa məlumat.
Bakalavr hüquq tələbələri, magistr hüquq tələbələri və yeni ixtisaslaşmış hüquqşünaslar üçün Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının London, Haaqa və Vaşinqton DC-dəki ofislərində təcrübə proqramları mövcuddur. Seçilmiş təcrübəçilər BHA-ya həm yerli, həm də beynəlxalq əhəmiyyətli aktual mövzularda müəyyən sənədləri hazırlamaqda və araşdırmalar aparmaqda kömək edəcəkdir.
BHA-da tərcübə keçən zaman özünüzü maliyyələşdirə bilməlisiniz, buna baxmayaraq, London ofisi və Haaqa üçün müəyyən maliyyə qrantları mövcuddur. BHA tədqiqat xərclərini, məsələn kitabxanalara gediş-gəlişlər və s. qarşılayacaq. Təcrübə müddəti 2 – 5 ay arasında dəyişir.
Kimlər müraciət edə bilər?
- Müraciət etmək üçün ən azı bir il bakalavr hüquq dərəcəsini bitirməlisiniz. Qeyd etməliyik ki, magistr tələbələrinin müraciətləri yüksək maraqla qarşılanır.
- Minimum və ya maksimum yaş həddi yoxdur. Təcrübəçilər ümumiyyətlə 20-35 yaş arasında dəyişir.
- Müxtəliflik, beynəlxalq mühit, fərqli hüquqi perspektivlər əldə etmək üçün təcrübəçilər dünyanın hər yerindən müraciət edirlər.
- Bütün bölgələrdən müraciət edilə bilər.
Ətraflı məlumat.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.