LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.
Missiyamız hüquqşünaslarda akademik hüquqi yazı qabiliyyətini formalaşdırmaq yolu ilə hüquq elminin və təcrübəsinin inkişafına töhfə vermək və hüquqşünasların və hüquq tələbələrinin özünü inkişafına dəstək göstərməkdir.
Əsası 2019-cu ilin iyul ayında qoyulan Lawels sizin inkişafınız üçün fürsətləri vahid platformada əlçatan edir. Bloq mütəmadi olaraq yeni layihələrə və imkanlara doğru irəliləyir.
İnkişafınız naminə bizimlə qalın!