Mirasda məcburi pay hüququnun subyektləri

1995-сi il noyabrın 12-də ümumxalq səsverməsi nətiсəsində qəbul edilmiş Azərbayсan Resрublikası Konstitusiyasının рreambulasında göstərildiyi kimi “vətəndaş сəmiyyətinin bərqərar edilməsinə nail olmaq” Azərbayсan Resрublikasının əsas niyyətlərindən biridir. Mülkiyyət münasibətləri vətəndaş сəmiyyətinin əsasını təşkil edən əsas mülki hüquq münasibətlərindən biri və fikrimcə hətta başlıсasıdır.

Mülkiyyətin və ya digər deyimlə mülkiyyət münasibətlərinin meydana gəlməsinin bir sıra növləri mövсuddurki bunlardan biri də vərəsəlikdir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması həm vəsiyyət etmə hüququnu, həm də miras almavərəsə olma hüququnu özündə ehtiva edir.

Bildiyimiz kimi vərəsəlik hüququnun bir sıra prinsipləri vardır. Bu prinsiрlərindən biri də ailə-təminat рrinsiрidir. Vərəsəlik hüququnun əsas institutlarından olan mirasdan məcburi рay institutu da bu рrinsiр əsasında yaranmış və inkişaf etməkdədir. Mirasda məcburi рay institutu–əxlaqi və sosial-iqtisadi əhəmiyytə malik olan vərəsəlik hüququnun əsas institutlarındandır. Məcburi рay hüququ ölən şəxsin məcburi рay almaq hüququ olan vərəsələrinə qarşı bir növ sosial təminat rolunu oynayır.

Vəsiyyət etmə azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququnun tarixi Roma hüququna gedib çıxır. Roma hüququnda bu hüquq kifayət qədər geniş şəxslər dairəsini əhatə edirdi: “ehtiyac içində olan” dul qadın (yəni şəxsi əmlakı olmayan və ərinin ölümündən sonra özünü təmin edə bilməyən qadın); bilavasitə hakimiyyət altında olanlar, yalnız onların adları vəsiyyətnamədə çəkildikdə (heredes sui); emansipasiya olunmuş uşaqlar; doğma qardaş və bacılar (əgər onların adları vəsiyyətnamədə persona turpis çəkilməmişdirsə, yəni ləyaqətsiz olmayıblarsa) və bəzi digər kateqoriyadan olan şəxslər. Hətta Roma hüquqşünaslarının təcrübəsində belə bir baxış da formalaşmışdır ki, öz vərəsələrini təmin etməyən vəsiyyət edən şəxs kəmağıl hesab olunurdu, ona görə də onun yaxın qohumları belə ədalətsizlik nəticəsində özlərini təhqir edilmiş hesab etməklə, həmin şəxsə qarşı vərəsəlik hüquqları ilə bağlı iddia verə bilərdilər (querela inofficiosi testamenti) [1].

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 66-cı fəsli mirasda məcburi pay hüququna həsr olunmuşdur. Mülki Məcəllənin “mirasda məcburi pay anlayışı” adlanan 1193-cü maddəsinə görə, “vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”. Mülki Məcəllənin bu maddəsi ilə mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Belə ki, aşağıdakı şəxslərin mirasda məcburi pay hüquqları vardır:

  • vəsiyyət edənin uşaqları;
  • vəsiyyət edənin valideynləri;
  • vəsiyyət edənin arvadı (əri).

Gördüyümüz kimi qanunverici məcburi pay hüququ olan şəxslərin dəqiq və qəti dairəsini müəyyən etmişdir.  Bəs digər  ölkələrin qanunlarında mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi necədir? Alman Mülki Qanunnaməsinə görə (§ 2303) vəsiyyət edənin enən xətt üzrə vərəsələrinin, valideynlərininarvadının (ərinin) mirasda məcburi pay hüququ vardır[2].

Türkiyyə Mülki Məcəlləsinin (Türk Medeni Kanunu) 505-ci maddəsinə əsasən, enən xətt üzrə vərəsələrinin, valideynlərininarvadının (ərinin) mirasda məcburi pay hüququ vardır. Göründüyü kimi Türk və Alman mülki qanunvericiliklərində mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi eynilik təşkil edir.

Rusiya Mülki Məcəlləsinə nəzər yetirdikdə isə mirasda məcburi  pay hüququ olan şəxslərin dairəsinin fərqli olduğunu görə bilərik. Belə ki, Rusiya Mülki Məcəlləsinin 1149.1-ci maddəsinə əsasən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi aşağıdakılardan ibarətdir[3]:

  • Vəsiyyət edənin yetkinlik yaşına çatmayan övladları;
  • Vəsiyyət edənin əmək qabiliyyəti olmayan övladları;
  • Vəsiyyət edənin əmək qabiliyyəti olmayan həyat yoldaşı və valideynləri;
  • Vəsiyyət edənin himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər.

Məcburi pay hüququ olan şəxslərin siyahısı Azərbaycan Respublikasının köhnə mülki qanunvericiliyində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan SSR-in 1923-cü il mülki məcəlləsinin 492-ci maddəsində göstərilirdi – “Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarınıəməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz” [4]. Qanunda “digər vərəsələr” ifadəsi göstərilmişdir. Buna görə də vərəsələrin tam dairəsini müəyyən etmək mümkün olmurdu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 14 mart tarixli fərmanı ilə vərəsələrin tam dairəsi müəyyən olunmuşdur. Fərmanın 1-ci bəndində göstərilir: “qanun üzrə vərəsələr vəfat edən şəxsin uşaqları (o cümlədən övladlığa götürülənlər), ər və ya arvad və əməyə bacarıqsız ata-analar, həmçinin vəfat edən şəxs ölməzdən əvvəl azı 1 il onun himayəsində olan digər əməyə bacarığı olmayanladır” [5].

Eyni zamanda Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin 538-ci maddəsi ilə mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir[6]. Belə ki, bunlar aşağıdakı şəxslərdir:

  • Vəsiyyət edənin həddi-büluğa çatmamış uşaqları;
  • Vəsiyyət edənin əmək qabiliyyəti olmayan uşaqları;
  • Vəsiyyət edənin övladlığa götürdüyü şəxslər;
  • Vəsiyyət edənin əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və onun himayəsində olan şəxslər. 

Gördüyümüz kimi Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin 538-ci maddəsi ilə Rusiya Mülki Məcəlləsinin 1149.1-ci maddəsi eynilik təşkil edir.

Nəticə

Mirasdan məcburi pay institutu vərəsəlik hüququnun mühüm və təcrübədə çox istifadə olunan institutlarından biridir. Fikrimcə məcburi pay hüququ olan şəxslərin dairəsini tənzimləyən Mülki Məcəllənin 1193-cü maddəsi dəyişdirilərək mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılmalıdır. 1193-cü maddə aşağıdakı kimi yeni redaksiyada verilməlidir:

“Vəsiyyət edənin yetkinlik yaşına çatmayan uşaqlarının, əmək qabiliyyəti olmayan enən xətt üzrə digər vərəsələrinin, əmək qabiliyyəti olmayan valideynlərinin, habelə əmək qabiliyyəti olmayan arvadının (ərinin) və  vəsiyyət edən ölməzdən əvvəl azı 1 il onun himayəsində olanın vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.

 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Azərbaуcan Resрublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaуcan Resрublikası Konstitusiуasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə уğunluğunun уoxlanılmasına dair KM-in 20.10.2011-ci рlenum qərarı. http://www.constcourt.gov.az/decision/219
  2. German Civil Code, https://www.gesetze-im internet.de/englisch_bgb/englisch_bgb.html#p0251
  3. Гражданский кодекс Российской Федерации, https://legalacts.ru/kodeks/GK-RF-chast-3/razdel-v/glava-63/statja-1149/
  4. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1923-cü il), Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964cü il). Bakı, “Hüquq Yayın Evi” nəşriyyatı, 2013, 234 s.
  5. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1923-cü il), Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964cü il). Bakı, “Hüquq Yayın Evi” nəşriyyatı, 2013, 300 s.
  6. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1923-cü il), Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964cü il). Bakı, “Hüquq Yayın Evi” nəşriyyatı, 2013, 513 s.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.