Vəkillərin və hüquqşünasların arbitrajda təmsilçilik təlimi
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli və ixtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi çərçivəsində Azərbaycanda arbitrajın inkişafı istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərin sırasına beynəlxalq konfranslar, arbitrların ilkin təlimi və arbitraj vəkillərinin təlimi daxildir.
14 və 15 sentyabr 2021-ci il tarixlərində vəkil və hüquqşünaslar üçün arbitrajda tərəflərin təmsil edilməsi barədə təlimlər keçiriləcək. Təlimi beynəlxalq arbitr və arbitraj hüquqşünası Culi Spinelli və beynəlxalq arbitraj hüquqşünası Ruslan Mirzəyev aparacaq. Təlimin aparılacağı dillər Azərbaycan və ingilis dilləridir.
Təlimlərdə 50 nəfərin iştirak etməsi nəzərdə tutulur.
Təlimdə iştirak edəcək şəxslər ali hüquq təhsilinə və 5 ildən çox praktik hüquq təcrübəsinə malik olmalıdırlar. Kommersiya hüququ sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Təlimdə iştirak etmək istəyən şəxslərin 25 avqust 2021-ci il tarixinədək [email protected] elektron poçt ünvanına Azərbaycan və ya ingilis dillərində CV və motivasiya məktubu göndərməkləri xahiş olunur. Seçim yalnız təqdim edilən CV və motivasiya məktubu əsasında həyata keçiriləcək.