İstanbul Hüquq Tələbələri Komissiyası tərəfindən bu dönəmin son təlimi olaraq “Mütəxəssis olmaq” adlı təlim keçiriləcəkdir.
Təlimdə Türkiyədə fəaliyyət göstərən “Abcoo Hüquq Bürosu”-un vəkili Erdoğan Okşak təlimçi qismində çıxış edəcəkdir. Erdoğan Okşak 10 illik müddət ərzində yerli və beynəlxalq sahədə hüquqi məsləhət və məhkəmə xidmətləri göstərmişdir. Bununla yanaşı, açıq tenderlər, türkiyədə lisenziya və müqavilələr və digər sahələrdə və bir sıra beynəlxalq hüquq mübahisələrində ixtisaslaşmışdır.
Tədbirin təşkil edilməsində əsas məqsəd isə təlimçinin təhsil və iş həyatında təcrübələrini, sahəsində mütəxəssis olmaq üçün etdiklərini və digər işlərini bizimlə bölüşməsidir.
Tədbir 17 may saat 14:30-da (Türkiyə vaxtı ilə) “Zoom” programı vasitəsilə həyata keçiriləcək.
Tədbirdə iştirak etmək üçün bu keçiddən istifadə edərək qeydiyyatdan keçin.