Vəkillər Kollegiyası hüquqşunas tələbələrin yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə Hüquqi Yardım və Tədris Mərkəzində “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil edir.
Yay məktəbi 15 iyul tarixindən 15 avqust tarxinədək həftədə 2 dəfə olmaqla keçiriləcəkdir. Tədris dövrü prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi və məsləhətlərin verilməsi qaydası, natiqlik qabiliyyəti və s. mövzularla əhatə ediləcəkdir.
Məktəbi uğurla bitirən hüquqşunas tələbələrə sertifikatlar təqdim ediləcəkdir.
Yay məktəbində iştirak etmək arzusunda olan hüquqşunas tələbələr 01 iyul 2022-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/LHb8MV7cHtJncyX57
Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80) Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi