BONAFIDE Hüquq Şirkəti “Böyük Hüquqşünas” vəzifəsi üzrə namizəd axtarışı elan edir.
Namizəddə axtarılacaq tələblər aşağıdakılardır:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük kimi qiymətləndiriləcək);
- Azərbaycan və Rus dili bilikləri (ingilis dili biliyi üstünlük kimi qiymətləndiriləcək);
- Hüquq şirkətlərinə üstünlük verilməklə azı 3 il iş təcrübəsi;
- Cinayət hüququ, mülki hüquq və kommersiya hüququ sahəsində biliklər;
- Vəkillər Kollegiyasına üzv olmaq xüsusilə üstünlük kimi qiymətləndiriləcəkdir.
Şərtlər:
- 5 günlük normal iş rejimi (09:00 – 18:00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 1200-1800 AZN məbləğində əmək haqqı (namizəddən asılı olaraq)
- Vəkil namizədlər üçün əlavə bonuslar
Müraciət etmək istəyən namizədlər vəzifənin adını qeyd etməklə öz CV-lərini [email protected] emailinə göndərə bilərlər.