“SR Group Co” MMC – Korporativ hüquqşünas vakansiyası

Şirkət: “SR Group Co” MMC

Vəzifə: Korporativ hüquqşünas

İş vaxtı: tam iş günü

Əsas əmək funksiyaları:

  • Məhkəmə iclası və məhkəmə prosesləri üçün müvafiq hüquqi sənədləri hazırlamaq;
  • Satıcılar və subpodratçılarla yeni biznes tərəfdaşlıqlarını qiymətləndirmək;
  • Hüquqi proseslərdə şirkəti təmsil etmək;
  • Hüquqi məsələlər üzrə şirkətin siyasətini və mövqeyini tərtib etmək və ona nəzarət etmək;
  • Şirkəti hüquqi risklərdən və pozuntulardan qorumaq;
  • Yeni məhsul və xidmətlərlə bağlı hüquqi məsələləri araşdırmaq;
  • Şirkət adından danışıqlar aparmaq;
  • Hüquqi qaydalara uyğunluğu təmin etmək üçün tənzimləmə və uyğunluq məsələləri üzrə rəhbərliyə kömək etmək.

Tələblər:

  • Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıq qabiliyyəti;
  • Hüquq üzrə bakalavr dərəcəsi;
  • Vəkillər Kollegiyasından vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malik olmaq;
  • Korporativ hüquqşünas kimi minimum 3 illik təcrübə;
  • Həm şifahi, həm də yazılı şəkildə mükəmməl ünsiyyət bacarıqları;
  • Detallara yüksək diqqət yetirməklə yüksək analitik düşüncəyə malik olmaq;
  • Üstün idarəçilik və danışıqlar aparmaq bacarığına malik olmaq.

Müraciət üçün CV-nizi “Korporativ Hüquqşünas” başlığı ilə [email protected] ünvanına göndərin.