Varşavada, Polşada keçiriləcək Birinci Hüquq Forumu üçün müraciətlər açıq elan edilir.
Forum çərçivəsində aşağıdakı məsələlərin müzakirəsi planlaşdırılır:
- Mövcud siyasi və iqtisadi reallıq çərçivəsində Aİ, Şərq Tərəfdaşlığı, Asiya və Qafqaz ölkələrinin biznesləri ilə necə səmərəli əməkdaşlıq etmək olar?
- Rusiya və Belarusa qarşı sanksiyaların beynəlxalq bazarda qlobal nəticələri nədən ibarətdir?
- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində biznes itkilərini Rusiyaya məxsus olan və müsadirə edilmiş xaricdəki aktivləri hesabına necə kompensasiya etmək olar?
- Yeni beynəlxalq hüquqa əsasən hərbi cinayətkarları necə mühakimə etmək olar?
- Yeni tərəfdaşlar və təchizatçıları necə tapmaq olar?
- Mövcud iqtisadi böhran şəraitində hüquqi tənzimləmənin hansı yeni mexanizmləri tətbiq edilməlidir?
- Hüquq sistemini hansı dəyişikliklər gözləyir?
- Hüquq firması tərəfdaşları hüquqi biznesin və insan kapitalının idarə olunmasında hansı yeni problemlərlə üzləşəcəklər?
Kimlər iştirak edəcək?
Forum Avropa, Asiya və Qafqazın ən böyük hüquq firmalarından olan tərəfdaşları, beynəlxalq arenada olan tanınmış hüquqşünasları, yerli hüquq departamentlərinin rəhbərlərini, biznesin inkişafı üzrə ekspertləri, PR, hüquq, və marketinq mütəxəssislərini, eləcə də maliyyə üzrə mütəxəssisləri bir araya gətirəcək.
Məqsəd nədir?
İşgüzar əlaqələrin bərpasına kömək etmək.
Ətraflə məlumat əldə etmək və müraciət üçün buraya keçid edin.