AccessBank hüquqşünaslıq ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssislərini əməkdaşlığa dəvət edir.
Namizəd üçün tələblər
- Ali Hüquq təhsili;
- Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;
- Mülki, bank və əmək qanunvericiliyini bilmək;
- Azərbaycan dilini mükəmməl, ingilis dili arzuolunandı;
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Komandada işləmək bacarığı və istəyi.
Öhdəliklər:
- Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi;
- Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
- Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması;
- Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması;
- Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi;
- İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
- Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Ətraflı məlumat əldə etmək və müraciət etmək istəyənlər bu keçiddən istifadə edə bilər.