Son Müraciət Tarixi: 6 Oktyabr 2022
Qısa Məlumat.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əsas prioritetlərindən biri gəncləri əqli mülkiyyət (ƏM) ekosisteminə daha da yaxınlaşdırmaqdır. “ÜƏMT Gənc Ekspertlər Proqramı” vasitəsilə bu təşəbbüsü həyata keçirmək artıq elə də çətin deyil.
Keçən ildən etibarən fəaliyyətə başlayan bu proqram vasitəsilə müxtəlif özkeçmişlərə sahib olan istedadlı gənclərə sərmayə yatırılır. Gənc tədqiqatçılar proqramı əhatə edən iki il ərzində əqli mülkiyyətlə bağlı texniki biliklərə yiyələnir, həmçinin liderlik bacarıqlarını inkişaf etdirirlər. Onlara Təşkilatın təcrübəli həmkarları tərəfindən rəhbərlik edilməklə birlikdə ÜƏMT-nin rəhbərliyi ilə qarşılıqlı əlaqə qurma şansı da verilir.
Namizədlər 2023-2024-cü illər üzrə iki illik proqramda iştirak etmək üçün hazır olmalı və bunu müraciət zamanı açıq şəkildə təsdiqləməlidirlər. Proqrama müraciət edən namizədlər üçün yaş həddi 35 yaş və daha aşağı nəzərdə tutulub.
2022-ci ilin əvvəlində proqrama qatılan on bir gənc ekspertdən ibarət qrup artıq dünyanın müxtəlif yerlərində bir sıra işlərə imza atmışdır: Onlardan biri Sakit Okean qovşağında yerləşən ölkələrdə Kiçik və Orta Müəssisələr üçün Əqli Mülkiyyət siyasətlərini formalaşdırmaq və həyata keçirməklə bağlı akademik tədqiqatlara rəhbərlik etmiş, digəri Karib dənizində okeanın plastik tullantılardan təmizlənməsi üçün texnoloji həllər layihəsinin hazırlanmasına kömək etmişdir. Yenə başqa biri hidrogen texnologiyaları haqqında hesabatın uğurlu bir şəkildə buraxılışını koordinasiya etmişdir. Həyata keçirilən layihələr arasında iqtisadi tədqiqatlar üçün yeni sahələrin, o cümlədən əqli mülkiyyətin filmlərin maliyyələşdirilməsində oynadığı rolun araşdırılmasını, həmçinin Mərkəzi Avropa, Baltik və Aralıq dənizi regionlarında qadın sahibkarlar üçün nəzərdə tutulan regional layihələr də yer almaqdadır. Bütün bunlarla birlikdə proqrama qatılan gənc tədqiqatçılar aşağıdakılardan da yararlanacaqlar:
- Aylıq 5,000 İsveçrə frankı məbləğində təqaüd;
- Tibbi və bədbəxt hadisələrdən sığorta;
- Səyahət xərcləri (Lazımi hallarda ÜƏMT İsveçrəyə giriş vizası almaqda yardım göstərəcəkdir).
Müraciət etmək istəyən şəxslər üçün bir sıra tələblər nəzərdə tutulub:
- Bakalavr dərəcəsini bitirmək;
- Ən azı iki il əqli mülkiyyət sahəsində təcrübə (arzuolunandır);
- Layihə idarəolunmasına dair təcrübə (arzuolunandır);
- Birləşmiş Millətlər Təşkilatının hər hansı digər rəsmi dillərini bilmək (arzuolunandır);
- Analitik, təşkilatçılıq, araşdırma həmçinin komanda ilə işləmə bacarığı;
- Əla səviyyədə İngilis dili.
Müraciət Proseduru:
Qeydiyyat üçün bu keçiddən istifadə edin.
Ətraflı Məlumat:
Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.