“Kapital Bank”: “Bizdən Biri” təcrübə proqramı

“Kapital Bank” ASC öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün Hüquq və Komplayens Departamenti daxilində Korporativ Hüquq Şöbəsi üzrə “Bizdən Biri” təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Şirkətdaxili qaydalarla, prosedurlarla tanışlıq;
  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması qaydası;
  • Hüquqi mövzuda saysız müzakirələrdə iştirak etmə;
  • Dövlət orqanları, publik hüquqi şəxslərə məktubların yazılması və s.

Tələblər

  • Hüquq üzrə tam ali təhsil (hüquq təhsili üzrə IV kurs tələbələri də müraciət edə bilər);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Kompüter bilikləri
  • Bank hüququna marağı olan və bu sahədə karyera qurmağı düşünən;
  • Məsuliyyətli və həvəsli;
  • Yaradıcı yanaşma, yeni ideyalara malik olma və yeni ideyaları stimullaşdıra bilmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Ətraflı məlumat əldə etmək və müraciət etmək istəyənlər bu keçiddən istifadə edə bilər.