Youthpass Heart Corps Kursu – Erasmus + Onlayn Təlim Kursu

Son müraciət tarixi: 21 Dekabr 2022

Qısa Məlumat. 

Youthpass Heart Corps kursu – Avropa Həmrəylik Korpusu proqramının iştirakçılarına dəstək olmağa kömək edən onlayn kursun yeni versiyasıdır. Kurs layihə təşkilatçıları, mentorlar və digər yardımçı şəxslər, eləcə də Həmrəylik Korpusu proqramının təşkilinə kömək edən gənc iştirakçıların çıxdıqları bu öyrənmə yolculuğunda onlara rəhbərlik etməklə birlikdə həm də onları Youthpass kursunu tamamlamaları üçün lazım olan bilik və bacarıqlarla təmin edir.

Kursa HOP onlayn təlim platformasında yer alan istifadəyə açıq doqquz modul daxildir. Hər bir modul müxtəlif məlumatlardan və modulun məzmununu araşdırmağa kömək edən praktiki fəaliyyətdən ibarət olacaqdır. Oktyabrın ayının 17-dən etibarən hər bazar ertəsi günü yeni modul istifadəyə açıq olacaq. Kurs keçildiyi müddətə doqquz moduldan əlavə forum müzakirələri və onlayn görüşlər daxildir.

Modullar:

  1. Kursa ümumi baxış və giriş
  2. Avropa Həmrəylik Korpusu öyrənmə təcrübəsi kimi
  3. Youthpass və Avropa Həmrəylik Korpusu
  4. Kim öyrənməyə və Youthpassı dəstəkləməyə yardımçı olur?
  5. Öyrənməyə dəstək olun
  6. Təlimlərin izlənilməsi
  7. Özünüqiymətləndirmə ilə əlaqəli iştirakçılara dəstək olmaq
  8. Youthpass internet saytından necə istifadə etmək olar
  9. Xülasə (ümumiləşdirmə)

Youthpass Heart Corps kursu aşağıdakı şəxslərin müraciətini nəzərdə tutur:

  • Layihə təşkilatçıları və Avropa Həmrəylik İttifaqı proqramı çərçivəsində dəstəkləyici şəxslər;
  • Mentorlar;
  • Həmrəylik Layihəsini həyata keçirən gənclər
  • Layihənin gedişatını dəstəkləməyə maraqlı olan hər kəs.

Müraciət Proseduru:

Əgər siz:

  • Avropa Həmrəylik Korpusu layihəsinin təşkilatçısısınızsa və layihələrinizin keyfiyyətini artırmaq istəyirsinizsə;
  • Könüllü şəxslərin öyrənmə macərasında onlara yaxından dəstək olmaq istəyirsinizsə
  • Həmrəylik layihəsini təşkil edir və ondan maksimum şəkildə yararlanmaq istəyirsinizsə

Qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz.

DİQQƏT: Müsahibə mərhələsi yoxdur. Siz həmçinin kursa təklif olunan tarixdən gec qoşula və kursu özünüz tamamlaya bilərsiniz.

Ətraflı Məlumat:

Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.