- Nazirlər Kabineti “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Belə ki, sözügedən Qayda Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin əhatə dairəsini, onun dövriliyini, abidələrə təhlükə yaradan risk faktorları və s. müəyyən.
Qaydaların 1.2-ci bəndinə əsasən, Şuşa şəhəri ərazisində yerləşən abidələrin monitorinqi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcəkdir.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları” təsdiq edilib.
Nazirlər Kabineti tərəfindən verilən izaha əsasən, Qərar “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qaydalar Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü məsələlərini tənzimləyir.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Nazirlər Kabineti Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydasını təstiq edib.
Nazirlər Kabineti tərəfindən verilən izaha əsasən, “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərarla “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilir.
Strateji ekoloji qiymətləndirmə – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- İşğaldan azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib.
Nazirlər Kabinetinin 370 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.
Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcəkdir.
Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Nazirlər Kabineti tərəfindən “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir.
Məlum olduğu kimi jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Qərarla Media Reyestrinə daxil edilmiş jurnalistə vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin (vəsaitin) məbləği 20 (iyirmi) manat müəyyən edilmişdir.
Qərara əsasən, vəsait dövlətin mülkiyyəti hesab olunur və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar qəbul edilmişdir.
Qərar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilmişdir.
Qərarla Komissiyanın Katibliyinin Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilməsi müəyyən olunmuşdur.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzaladı.
Əsasnamə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Sistem Azərbaycan Respublikasının mülkiyyətindədir.
Sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir.
Əsasnamə ilə Sistemin fəaliyyət prinsipləri, texniki-texnoloji infrastrukturu, strukturu, funksiyaları müəyyən olunmuşdur.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Azərbaycan Respublikası Prezidenti “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzaladı.
Fərmanla təsdiq olunan Qaydalar Media Reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəkdir.
Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Qeyd etmək istərdik ki, Media Reyestrində media subyektləri, onların redksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək.
Həmçinin Qaydaların 12.4-cü maddəsinə əsasən, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyildir.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
- Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzaladı.
Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturunda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər də Agentliyin strukturuna daxil edilmişdir.
Digər dəyişikliyə əsasən, Agentlik həmçinin tabeliyindəki digər qurumların da fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq və eyni zamanda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edəcəkdir.
Daha ətraflı buradan tanış ola bilərsiniz.