Təşkilat: dövlət qurumu
Vəzifə: Hüquqşünas
İş barədə məlumat:
– Hüquqi sənədlərin tərtib edilməsi
– Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək
– Xarici və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq
– Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq
– Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək
– Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq
– Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək
– Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq
– Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq.
Namizədə tələblər
– Beynəlxalq hüquq və hüquq ixtisasları üzrə ali təhsil
– AR vətəndaşlığı
– 25-32 yaş
- Minimal iş təcrübəsi: 1-3 il
– Ali təhsil
- Hərbi mükəlləfiyyət
– Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
– Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir
Əmək haqqı: 3000-3500 AZN
Müraciət etmək üçün CV-nizi [email protected] elektron ünvanına göndərin.