Qlobal Peşəkarlar üçün İsveç İnstitutu Təqaüdləri 2023/2024

Ölkə: İsveç

Maliyyələşdirən: İsveç Xarici İşlər Nazirliyi

Dərəcə səviyyəsi: Magistr dərəcəsi

Son tarix: 16 Yanvar 2023 (magistr proqramları ilə bağlı müraciət)

28 Fevral 2023 (Qlobal Peşəkarlar üçün SI Təqaüdü ilə bağlı müraciət)

İsveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Qlobal Peşəkarlar üçün İsveç İnstitutu Təqaüdü (“SI Təqaüdü”) Birləşmiş Millətlər Təşkilatının 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verəcək qlobal liderlər yetişdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bununla bağlı olaraq, SI Təqaüdü İsveçdə magistr dərəcəsi ilə bağlı təqaüdlər verməklə ən yaxşı xarici tələbələri cəlb etmək niyyətindədir. Bu təqaüd vasitəsilə xarici tələbələr İsveç icmasında davamlı şəbəkələşmə və peşəkar inkişaf üçün unikal fürsət əldə edir.

Qlobal Peşəkarlar üçün SI Təqaüdünün müddəti:

  • Maksimum bir və ya iki illik magistr proqramları

Maliyyə təminatı:

  • Tam təhsil haqqı
  • Yaşayış xərclərini ödəmək üçün aylıq 11.000 SEK ödəniş
  • Xəstəlik və digər hadisələr ilə bağlı sığorta haqqı
  • Səyahət xərcləri

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • SI Təqaüdü üçün uyğun ölkələrin vətəndaşı olmaq
  • Minimum 3000 saat iş təcrübəsinin olması
  • Liderlik təcrübəsinin olması
  • SI Təqaüdü üçün uyğun magistr proqramlarına müraciət edilməsi (uyğun magistr proqramlarının siyahısına baxın)

Tələb olunan sənədlər:

  • Tərcümeyi hal
  • Tövsiyə məktubları
  • İş və liderlik təcrübəsini təsdiq edən forma sənədi
  • Xarici pasport/şəxsiyyət vəsiqəsinin surəti
  • Motivasiya məktubu

Müraciət prosesi:

  1. İlk olaraq 16 yanvar 2023-cü il tarixinədək https://www.universityadmissions.se/intl/start saytında uyğun magistr proqramına müraciət etmək və Qlobal Peşəkarlar üçün SI Təqaüdünə müraciətlə bağlı şəxsi müraciət nömrəsi əldə etmək lazımdı
  2. Magistr proqramına müraciəti tamamladıqdan sonra tələb olunan sənədləri onlayn müraciət portalı vasitəsilə Qlobal Peşəkarlar üçün SI Təqaüdünə təqdim etmək lazmdır.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin: