Baş hüquqşünas – Yelo Bank: Vakansiya

Struktur: Hüquq departamenti
Vəzifə: Baş hüquqşünas
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;
  • Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
  • Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;
  • Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;
  • Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;
  • Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;
  • Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;
  • Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində Bank adından çıxış etmək və mənafeyini qorumaq;
  • Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;
  • Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.

Tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • İxtisas üzrə minimum 3 (üç) il təcrübə;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
  • Kargüzarlıq işinin əsaslarını bilmək;
  • Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənə üstünlük veriləcəkdir);
  • Yüksək qavrama və analizetmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Baş hüquqşünas” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.