Mülki Hüquq Test Sualları – 50 sual

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü
şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını kim tələb edə bilər?

A) Kreditor, borclu və üçüncü şəxs
B) Borclu və üçüncü şəxs
C) Yalnız kreditor
D) Kreditor və üçüncü şəxs
E) Yalnız borclu
Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxslə bağlı müddəalardan
hansı biri doğru deyildir?

A) Fiziki şəxsin beyninin fəaliyyətinin dayanması ölüm anı sayılır
B) Vərəsə olmaq hüququ fiziki şəxsin doğulduğu andan əmələ gəlir
C) Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz
D) Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
E) Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

3. İlkin müqavilə ilə bağlı aşağıdakı müddəalardan doğru olanlarını seçin:

1. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini
müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.                                                                                                              2. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi
vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur;
3. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə
səbəb olmur;
4. Yalnız əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər
bağlanmadığı təqdirdə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir;
5. İlkin müqavilə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə əsas müqavilə üçün nəzərdə
tutulmuş formada bağlanır;
6. Əgər ilkin müqavilədə əsas müqavilənin hansı müddətdə bağlanması
müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il
müddətində bağlanmalıdır.
A) 1, 3, 6
B) 2, 3, 4
C) 1, 2, 6
D) 2, 3, 5
E) 1, 2, 5
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

4. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları ilə bağlı aşağıdakı müddəalardan
hansılar doğru deyildir?

1. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda və ya AR-nın Mülki Məcəlləsində və ya müqavilədə nəzərdə tutulan digər hallarda
dəyişdirilə və ya ləğv edilə bilər;
2. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə
imtinaya AR-nın Mülki Məcəlləsi ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə
müqavilənin müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş hesab olunması üçün
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
məhkəmənin qərarı zəruridir;
3. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun
digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı
çatanlardan xeyli dərəcədə məhrum olur;
4. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər AR-nın Mülki Məcəlləsində və ya
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
5. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda dəyişdirilə və ya ləğv edilə bilər.
A) 1, 2
B) 2, 5
C) 4, 5
D) 3, 4
E) 1, 5

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

5. Qüvvədə olan Mülki Məcəlləyə görə torpaq sahəsi barədə təminat qeydi hansı vaxtdan
yaranır?

A) Tərəflər arasında müqavilə bağlandığı andan
B) Mülkiyyətçinin torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsə razılıq verdiyi vaxtdan
C) Müqavilənin notarial qaydada təsdiq olunduğu vaxtdan
D) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxtdan
E) Tərəflərin razılıq əldə etdikləri andan

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi şəxsə aidiyyəti olan
şəxslərə aid etmək olmaz:

1. Hüquqi şəxsin Direktorlar şurasının (Müşahidə şurasının) və İcra orqanının rəhbəri və
üzvləri;
2. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı
yolla malik olan hər hansı şəxs;
3. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 30 faiz və daha çox paya birbaşa və ya dolayı
yolla malik olan hər hansı şəxs;
4. Hüquqi şəxsin struktur bölməsinin rəhbəri;
5. Hüquqi şəxsin Direktorlar şurasının (Müşahidə şurasının) və İcra orqanının rəhbəri və
üzvlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;
6. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 20 faiz və daha çox paya birbaşa və ya dolayı
yolla malik olan hər hansı şəxs;
7. Hüquqi şəxsin struktur bölməsi rəhbərinin qonşuları;
8. Hüquqi şəxsin Direktorlar şurasının (Müşahidə şurasının) və İcra orqanının rəhbəri və
üzvlərinin qohumları;
9. Hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 50 faiz payla iştirak etdiyi hüquqi şəxs.
A) 2, 3, 7, 8
B) 3, 6, 7, 9
C) 2, 5, 6, 7
D) 3, 5, 7, 8
E) 2, 3, 5, 7

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

7. Müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış
tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Bəs tərəflərin
yaşayış yerləri müxtəlif olduqda, həlledici faktor kimi nə sayılır?

A) Akseptantın yaşayış yeri
B) Oferentin qeydiyyatda olduğu yer
C) Notariatın yerləşdiyi yer
D) Oferentin yaşayış yeri
E) Akseptantın qeydiyyatda olduğu yer

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

8. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka
faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o:

A) Torpaq sahəsinin mülkiyyətçisi sayılır
B) Ölmüş və xəbərsiz itkin düşmüş elan oluna bilməz
C) Torpaq sahəsinə heç bir hüquq əldə edə bilmir
D) Torpaq sahəsinin sifarişçisi sayılır
E) Mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxslər:

A) Publik hüquqi şəxslər
B) Kommersiya hüquqi şəxsləri
C) Publik və qeyri-kommersiya hüquqi şəxsləri
D) Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri
E) Qeyri-kommersiya hüquqi şəxsləri

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin
verilmə müddəti maksimum nə qədərdir?

A) 3 il
B) 6 ay
C) 2 il
D) 1 il
E) 3 ay

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə müqavilənin dəyişdirilməsi və ləğv
edilməsi qaydası ilə bağlı aşağıdakı müddəalardan hansılar doğrudur?

1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə müqaviləni
dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda irəli sürə bilər;
2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər AR-nın Mülki
Məcəlləsindən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə
eyni formada bağlanır;
3. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə təklifdə
göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə on beş gün müddətində ondan cavab
almadıqda irəli sürə bilər;
4. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər AR-nın Mülki
Məcəlləsindən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi formada bağlanır.
A) 2, 3
B) 1, 2
C) 2, 4
D) 1, 3
E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Mülki qanunvericiliyə görə əgər etibarnamədə müddət göstərilməyibsə, bağlandığı
gündən neçə il ərzində öz qüvvəsini saxlayır?

A) Üç il
B) Beş il
C) İki il
D) Dörd il
E) Bir il

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Aşağıdakılardan biri mülkiyyətin müdafiəsinə aid müddəa deyil:

A) Vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin
əvəzini ödəməlidir
B) Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə
saxlaya bilər
C) Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, müqavilədə nəzərdə tutulan əsasla əmlaka
sahiblik edən şəxsə də mənsubdur
D) Vicdansız sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini
mülkiyyətçidən tələb edə bilməz
E) Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə müqavilənin dəyişdirilməsi və ləğv
edilməsinin nəticələri ilə bağlı aşağıdakı müddəalardan hansılar doğru deyildir?

1. Əgər AR-nın Mülki Məcəlləsi ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək
öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilərlər;
2. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmədən saxlanılır;
3. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli
dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv
edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər;
4. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
A) 1, 2
B) 2, 4
C) 3, 4
D) 1, 3
E) 2, 3

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Qüvvədə olan Mülki Məcəlləyə əsasən hansı halda daşınmaz əmlaka mülkiyyət hüququ
itirilir?

A) Daşınmaz əmlakın mülkiyyətçisi öldükdə
B) Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə
C) Daşınmaz əmlakın mülkiyyətçisi xəbərsiz itkin düşdükdə
D) Daşınmaz əmlakın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə
E) Daşınmaz əmlak qismən məhv olduqda

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Şəxs neçə il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etməlidir ki, həmin
əşyaya mülkiyyət hüququ əldə etsin?

A) Beş il
B) Dörd il
C) Üç il
D) İki il
E) Bir il

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə
müəyyənləşdirilməyibsə, müvafiq şərtlər necə müəyyənləşdirilir?

A) Tərəflərin münasibətlərinə tətbiq edilə bilən normativ hüquqi aktlarla
B) Tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
C) Tərəflərin münasibətlərinə tətbiq edilə bilən normativ xarakterli aktlarla
D) Tərəflərin münasibətlərinə tətbiq edilə bilən istənilən normalarla
E) Tərəflərin münasibətlərinə tətbiq edilə bilən qeyri-normativ hüquqi aktlarla

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. İdarəçinin təyin edildiyi gündən nə qədər müddət keçənədək şəxsin xəbərsiz itkin
düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması
haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin
ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur?

A) Beş il
B) Dörd il
C) İki il
D) Bir il
E) Üç il

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hansı fiziki şəxslər məhkəmə
tərəfindən ölmüş elan edilə bilər?

A) Yaşayış yerində harada olması barədə üç il ərzində məlumat olmayan, habelə ölüm
təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas
verən şəraitdə xəbərsiz itkin düşən və altı ay ərzində xəbər çıxmayan
B) Maraqlı şəxslərin ərizəsinə əsasən olduğu yeri məlum olmayan və iki il ərzində yaşayış
yerində görünməyən
C) Yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmayan, habelə ölüm
təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas
verən şəraitdə xəbərsiz itkin düşən və altı ay ərzində xəbər çıxmayan
D) Maraqlı şəxslərin ərizəsinə əsasən olduğu yeri məlum olmayan və üç il ərzində yaşayış
yerində görünməyən
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
E) Yaşayış yerində harada olması barədə iki il ərzində məlumat olmayan, habelə ölüm
təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas
verən şəraitdə xəbərsiz itkin düşən və altı ay ərzində xəbər çıxmayan
Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Təklifdə müddət göstərilməyibsə, neçə gün müddətində digər tərəfdən cavab almadıqda
tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə
bilər?
A) 15 gün
B) 20 gün
C) 25 gün
D) 30 gün
E) 35 gün

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxslərlə bağlı aşağıdakı
müddəalardan doğru olanlarını seçin:

1. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz;
2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir;
3. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir;
4. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr
fiziki şəxslərdir;
5. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanına bilməz.
A) 1, 2, 3
B) 2, 3, 5
C) 1, 3, 4
D) 2, 3, 4
E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Fiziki şəxsin vərəsə olmaq hüququnun yaranması ilə həyata keçirilməsi arasında nə kimi
fərq vardır?

A) Vərəsə olmaq hüququ doğulduğu andan yarandığı halda, bu hüququn həyata keçirilməsi
yalnız yetkinlik yaşına çatdıqdan sonra mümkündür
B) Vərəsə olmaq hüququ maya bağlandığı andan yarandığı halda, bu hüququn həyata
keçirilməsi yalnız doğumdan sonra mümkündür
C) Vərəsə olmaq hüququ doğulduğu andan yarandığı halda, bu hüququn həyata keçirilməsi
yalnız tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra mümkündür
D) Vərəsə olmaq hüququ maya bağlandığı andan yarandığı halda, bu hüququn həyata
keçirilməsi yalnız yetkinlik yaşına çatdıqdan sonra mümkündür
E) Vərəsə olmaq hüququ doğulduğu andan yarandığı halda, bu hüququn həyata keçirilməsi
yalnız on dörd yaşına çatdıqdan sonra mümkündür

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi şəxsin ləğvi ilə bağlı
aşağıdakı müddəalardan hansılar doğru deyildir (tam cavabı müəyyən edin)?

1. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın
hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən 2 ildən çox olmamalıdır;
2. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi
üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər;
3. İştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 6 ay
ərzində qarşılamaq üçün müstəqil auditor cəlb edə bilər;
4. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal
müvafiq icra hakimiyyəti orqanına göndərilir.
A) 2, 3, 4
B) 1, 2, 3
C) 2, 4
D) 1, 3
E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. İlkin müqavilə ilə bağlı aşağıdakı müddəalardan hansılar doğru deyildir?

1. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini
müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir;
2. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi
vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur;
3. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə
səbəb olmur;
4. Yalnız əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər
bağlanmadığı təqdirdə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir;
5. İlkin müqavilə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə əsas müqavilə üçün nəzərdə
tutulmuş formada bağlanır;
6. Əgər ilkin müqavilədə əsas müqavilənin hansı müddətdə bağlanması
müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il
müddətində bağlanmalıdır.
A) 2, 4, 5
B) 1, 3, 4
C) 2, 3, 6
D) 1, 3, 6
E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər hansı yaş kateqoriyasını əhatə edir?

A) 7-14 yaş
B) 14-18 yaş
C) 0-7 yaş
D) 7-18 yaş
E) 0-14 yaş

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Aşağıdakılardan biri 16 yaşı tamam olmuş lakin yetkinlik yaşına çatmayan fiziki şəxsin
tam fəaliyyət qabiliyyətli olması demək deyil:

A) Himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa
B) Nikaha daxil olursa
C) Valideynlərinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa
D) Övladlığa götürənlərin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa
E) Əmək müqaviləsi üzrə işləyirsə

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Hüquqi şəxsin ləğvi haqqında qərarla bağlı düzgün müddəaları müəyyənləşdirin:

1. Ləğvetmə komissiyasının üzvləri təyin olunduqları qaydada geri çağırıla və ya başqa
şəxslərlə əvəz edilə bilərlər;
2. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası təyin edilir;
3. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti məhdud həcmdə saxlanılır;
4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası çıxış edir;
5.Ləğvetmə qaydası və müddətləri müəyyənləşdirildikdən sonra ləğvetmə prosesi başlayır;
6. Ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək
səlahiyyətləri ona keçir.
A) 1, 2, 3, 4, 5, 6
B) 2, 3, 4, 5, 6
C) 1, 2, 3, 4, 5
D) 1, 3, 4, 5, 6
E) 1, 2, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs
hərbi əməliyyatların qurtardığı gündən azı nə qədər müddət keçdikdən sonra məhkəmə
qaydasında ölmüş elan edilə bilər?

A) 5 il
B) 4 il
C) 3 il
D) 2 il
E) 1 il

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən etibarnamənin qüvvəsinə xitam
verilməsi ilə bağlı doğru olmayan hallar:

1. Etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
2. Etibarnaməni vermiş fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyətindən məhrum olması;
3. Etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
4. Etibarnaməni alan şəxs tərəfindən onun ləğv edilməsi;
5.Etibarnamə verilmiş şəxsin imtinası.
A) 2, 3
B) 4, 5
C) 1, 4
D) 1, 5
E) 2, 4

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,
məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hansılardır?
Tam və doğru cavabı müəyyən edin.

1. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq
hərracın nəticələrinə dair yekun protokol;
2.Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik
hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,
yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil
sertifikatı;
4. Mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti
kooperativi üzvlərinin ümumi yığıncağının qərarı.
A) 1, 2, 3, 4
B) 2, 3, 4
C) 1 və 3
D) 1, 2, 3
E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Aşağıdakılardan biri hüquqi şəxsin bir neçə təsisçi tərəfindən yaradıldığı hallarda
təsisçilər tərəfindən müqavilə ilə müəyyənləşdirilmir:

A) Təsisçilərin əmlakının hüquqi şəxsə verilməsi şərtləri
B) Hüquqi şəxsin nizamnaməsi
C) Hüquqi şəxsin fəaliyyətinin idarə edilməsi, habelə onun ləğvi qaydası
D) Hüquqi şəxsin yaradılması üzrə birgə fəaliyyət qaydası
E) Təsisçilərin hüquqi şəxsin fəaliyyətində iştirak edilməsi şərtləri

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, hüquqi şəxsin yenidən
təşkili hansı formalarda olur?

A) Birləşmə, bölünmə, ayrılma, dəyişmə, çevrilmə
B) Birləşmə, bölünmə, ayrılma, çevrilmə, ləğv olunma
C) Birləşmə, ləğv olunma, bölünmə, ayrılma, qoşulma
D) Birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə
E) Birləşmə, dəyişmə, ayrılma, çevrilmə, ləğv olunma

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Mülki qanunvericiliyə görə kreditorların tələblərini ödəyə bilməyən hüquqi şəxs hansı
halda müflis sayıla bilər?

A) Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
B) Məhkəmənin qərarı ilə
C) Azərbaycan Respublikasının müvafiq Qanunu ilə
D) Qanunvericiliklə
E) Yerli özünüidarəetmə orqanının qərarı ilə

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fyuçers nədir?

A) Sahiblərinə ikitərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququ
verən törəmə maliyyə aləti
B) İki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə aləti
C) Sahiblərinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququ
verən törəmə maliyyə aləti
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
D) Baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və
qiymətə alqı-satqısı üzrə törəmə maliyyə aləti
E) İki tərəf arasında müxtəlif növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə aləti

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Əgər qüvvədə olan Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə
bağlanmış müqavilənin icrasını kim tələb edə bilər?

A) Yalnız kreditor
B) Kreditor və borclu
C) Kreditor, borclu və üçüncü şəxs
D) Yalnız üçüncü şəxs
E) Kreditor və üçüncü şəxs

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri yarada
bilər:

A) Təsərrüfat ortaqlıqları
B) Tam ortaqlıqlar
C) Təsərrüfat cəmiyyətləri
D) Kommandit ortaqlıqlar
E) Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyətini həyata keçirə bilməz

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti
iştirakçıları arasında bölüşdürməyən hüquqi şəxslər:

A) Publik hüquqi şəxslər
B) Kommersiya hüquqi şəxsləri
C) Publik və qeyri-kommersiya hüquqi şəxsləri
D) Qeyri-kommersiya hüquqi şəxsləri
E) Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Mülki qanunvericiliyə uyğun olaraq, hüquqi şəxsin hüquqları necə məhdudlaşdırıla
bilər?

A) Yalnız məhkəmənin müəyyən etdiyi hallarda və qaydada
B) Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
C) Yalnız yerli özünüidarəetmə orqanının müəyyən etdiyi hallarda və qaydada
D) Yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada
E) Yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nə ilə
müəyyənləşdirilir?

A) Yalnız müvafiq qanunlarla
B) Qanunla
C) Nizamnamə və müvafiq qanunlarla
D) Yalnız nizamnamə ilə
E) Qərarla

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nümayəndəlik nədir?

A) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını həyata
keçirən ayrıca bölməsi
B) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və
müdafiə edən ayrıca bölməsi
C) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının bir hissəsini
həyata keçirən ayrıca bölməsi
D) Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli
funksiyalarının həyata keçirilməsi üçün yaradılan təşkilat
E) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyalarını həyata
keçirən ayrıca bölməsi

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən filial nədir?

A) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil
edən ayrıca bölməsi
B) Hüquqi şəxsin idarəetmə xarakterli funksiyalarının həyata keçirilməsi üçün yaradılan
təşkilat
C) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini müdafiə
edən ayrıca bölməsi
D) Hüquqi şəxsin sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyalarının
həyata keçirilməsi üçün yaradılan təşkilat
E) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya
bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən idarə nədir?

A) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyalarını həyata
keçirən ayrıca bölməsi
B) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını həyata
keçirən ayrıca bölməsi
C) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və
müdafiə edən ayrıca bölməsi
D) Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli
funksiyalarının həyata keçirilməsi üçün yaradılan təşkilat
E) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının bir hissəsini
həyata keçirən ayrıca bölməsi

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin
xüsusiyyətləri nə ilə müəyyənləşdirilir?

A) Qanunla
B) Nizamnamə ilə
C) Qanunvericiliklə
D) Qanunla və nizamnamə ilə
E) Qərarla

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Hüquqi şəxsin yenidən təşkilinin hansı halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan
hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır?

A) Birləşmə
B) Qoşulma
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
C) Bölünmə
D) Ayrılma
E) Çevrilmə

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Hüquqi şəxsin yenidən təşkilinin hansı formasında hüquqi şəxslərdən hər birinin hüquq
və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir?

A) Birləşmə
B) Qoşulma
C) Bölünmə
D) Ayrılma
E) Çevrilmə

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən şəxslərin qeyrimüəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda
göstərilməyibsə, bu təklif sayılır:

A) Yeni oferta
B) Gecikmiş aksept
C) Ofertaya dəvət
D) Aksept
E) Ofertadan imtina

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən məhkəmə müqavilə şərtlərini
təfsir edərkən aşağıdakılardan birini nəzərə almır:

A) Tərəflərin hüquq bərabərliyinin həqiqi mənasını
B) Bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri ilə müqayisəsini
C) Müqavilədəki söz və ifadələrin hərfi mənasını
D) Bütövlükdə müqavilənin hərfi mənasının onun mənası ilə müqayisəsini
E) Tərəflərin iradə ifadəsinin həqiqi mənasını

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən opsion nədir?

A) Baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və
qiymətə alqı-satqısı üzrə törəmə maliyyə aləti
B) Sahiblərinə ikitərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu
verən törəmə maliyyə aləti
C) İki tərəf arasında müxtəlif növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə aləti
D) Sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu
verən törəmə maliyyə aləti
E) İki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə aləti

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

 

48. Hüquqi şəxsin yenidən təşkilinin hansı formasında yenidən təşkil edilmiş hüquqi
şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir?

A) Birləşmə
B) Qoşulma
C) Bölünmə
D) Ayrılma
Rəy və təklifləriniz üçün elektron ünvanına müraciət edə bilərsiniz
E) Çevrilmə

Testin çətinlik dərəcəsi: asan
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Nümayəndəlik, filial və idarə üçün ortaq xüsusiyyət hansıdır?

A) Hər üçü hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edir
B) Hər üçü hüquqi şəxsin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca
bölmədir
C) Hər üçü hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət
göstərir
D) Hər üçü idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların
həyata keçirilməsi üçün yaradılan təşkilatdır
E) Hər üçü hüquqi şəxs hesab olunur

Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra neçə gün
müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında
məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının
tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir?

A) 5
B) 10
C) 15
D) 20
E) 25

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

             İstifadə olunmuş Ədəbiyyat Siyahısı:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

2. “SOCAR” şirkətinin Qulluqçu ( Hüquqşünas ) vakansiyası üzrə namizədlər üçün tərtib etdiyi test sualları 

 

Qeyd :  Sualların doğru cavabları, eləcə də rəy və təklifləriniz üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etməniz xahiş olunur: 

Tel : 0507157575

E-mail : [email protected]

Twitter : @shahlarzada                                 

                           Hörmətlə :  Şahlar Şahlarzadə ( Hüquqşünas/Yazar )