Author: Aydın Quliyev (Aydın Quliyev)

Yazı
Sığorta ödənişinin verilməsi əsasları

Sığorta ödənişinin verilməsi əsasları

Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.21 maddəsinə əsasən, sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926-cı maddəsində də oxşar tərif göstərilərək qeyd olunub ki, sığorta ödənişi sığorta hadisəsi  baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən...